Adı: Lesitin
Mənşəyi: Bitki mənşəli, GDO-lu
Təsviri: Əsasən soyadan əldə edilir. Mehdi Eker 13.04.2012-ci ildə iştirak etdiyi Deşifre programında “Dünyada istehsal olunan soyanın hamısı GDO-ludur” demişdir. GDO-suz soya tapmaq mümkün olmadığına görə, GDO-suz lesitin tapmaq da qeyri- mümkündür. Su və yağ qarışıqlarında, emulqator və ya stabilizator olaraq istifadə olunan soya lesitini müxtəlif çeşidli şirniyyatlar, şokoladlar, ət məhsullarından tutmuş uşaq yeməklərinə qədər bütün sənaye məhsullarında geniş şəkildə istifadə edilir. Türkiyədə istifadəsi sərbəstdir.
Riskləri: Son zamanlarda allergiyalara səbəb olması sübut edildiyindən məhsullar üzərində allergik olduğu qeyd edilir. Soyanın erkəklərdə cinsiyyət hormonu olan testosteron hormonunun pozulmasına səbəb olduğu, mineral absorbsiya, böyüməni əngəllədiyi aşkarlanmışdır. Dünyanın ən geniş yayılan GDO-lu məhsulu olmasına baxmayaraq, Türkiyədə orqanik etiketli məhsullarda istifadəsinə icazə verilir. Lesitin ilk dəfə Fransız kimyaçı Nicolas Theodore Gobley tərəfindən 1846-cı ildə yumurta sarısından izolə edilmişdir. Lesitin, adını yüksək miqdarda lesitin ehtiva edən və Yunancada yumurta sarısı mənasını verən “lekithos” sözündən almışdır. İnsan orqanizmindəki hər hüceyrənin ehtiyacı olan bir fosfolipiddir. Qidaların hüceyrə içinə giriş və çıxışlanı nizamlayan hüceyrə qurluşunun böyük qisimi lesitindən meydana gəlir. Lesitin, bir çox qidada emulqator olaraq istifadə edilən bir qatqı maddəsidir. Təbii olaraq lesitin soya, yumurta, sığır qaraciyəri və yer fısdığı kimi qidalarda mövcuddur. Ticari olaraq isə lesitin yumurtadan, kolza yağından, soya unundan və ya soya yağı istehsalı əsnasında yaranan yan məhsullardan əldə ediliir. Lesitin, şokolad və şəkərləmələri yumşaldaraq homogen bir quruluş qazandırır. Marqarinlərdə isə lesitin, suyu bağlayaraq qızartma əsnasındakı sıçramaların qarşısını alır. Dondurma, mayonez, ət məhsulları və çörək xəmirlərində su ilə yağların asan şəkildə qarışmasını təmin edərək yapışqanlığın qarşısını alır.
Bir qidanın içindəkilər siyahısında soya lesitini yazırsa, bu, lesitinin soya paxlasından əldə edildiyi mənasını verir. Əgər yalnız lesitin yazırsa, hansı qidadan əldə edildiyi bildiriməmiş deməkdir. Bunun mənası bu lesitin soya, kolza və ya lesitin ehtiva edən başqa bir qidadan əldə edilmiş ola bilər. Qida sənayesində istifadə edilən lesitin, ümumiyyətlə soyadan əldə edilən bitki mənşəli qaynaqlı bir emulgatordur. Əgər lesitin gdolu soya paxlasından əldə edilibsə, bu qatqı maddəsinin yanına “geni dəyişdirilmiş soya paxlasından əldə edilmişdir” ifadəsinin yazılması zəruridir.