Adı: Natrium laktat
Mənşəyi: Sintetik, GDO-lu
Təsviri: Süd turşusu göbələklərə qarşı qoruyucu, antioksidləşdiricit kimi tətbiq edilir. İstifadəsi çox geniş olub, Əsasən nişasta və melassadan bakteriyaların geni dəyişdirilərək fermentasiya yolu ilə əldə edilir. Türkiyədə istifadəsi sərbəstdir. Laktat turşusunun natrium, kalium və kalsium duzları da qidalarda turşu nizamlayıcı olaraq istifadə edilir. Təbii bir qoruyucu maddə olan natrium laktat, istifadə edildiyi məhsulların rəng və dadlarını dəyişdirmədən dayanıqlılıq müddətini uzadır, zərərli bakteriyaları nəzarətdə saxlayır, su tutma həcmini artırır və dadda yaxşılaşma təmin edir.
Riskləri: Süd turşusunun duzu və ya efirləri olan D və DL laktatlar körpələrə və balaca uşaqlara qətiyyən verilməməlidir. Bağırsaq və həzm problemlərinə səbəb olur. D və DL laktatların uşaq yeməklərində istifadəsi qadağandır. Xüsusilə, körpə və balaca uşaqların qaraciyərlərində laktat parçalanmadığından böyük risk əmələ gəlir. Bu səbəbdən hamilələrə istifadəsi qadağandır.