E330

Adı. Sitrik turşusu

Mənşəyi: Sintetik, GDO-lu

Təsviri: Müxtəlif funksiyalı və geniş şəkildə istifadə olunan sitrik turşusu, əsasən göbələk növü olan “Aspergillus niger”in genetik quruluşu dəyişdirilərək əldə edilir. Qidalarla yanaşı, kosmetika məhsullarında da istifadə edilir. Türkiyədə orqanik etiketli məhsullarda istifadəsinə icazə verilir. (Kristallaşmış forması limon duzu adlanır). Sitrik turşusu və ya limon turşusu qida sənayesində ən məşhur istifadə edilən turşudur. Sitrik turşusu təbii bir birləşmədir və bütün heyvan və bitki maddələrində var. Sitrik turşusu qidalardakı antioksidləşdiricilərin fəaliyyətini artırır, lakin özünün antioksidləşdirici xüsusiyyəti yoxdur. Buna əlavə olaraq marmeladların gelləşmə xüsusiyyətini artırır, meyvələrdə və meyvə məhsullarında fermentatik qaralmağın qarşısını alır. Sitrik turşusu şəkərin kristallaşmasının qarşısını aldığı üçün şəkərləri və şəkərləmələri stabilizə edir. Tərəvəz konservlərində turşulandırıcı, pendirlərdə qoruyucu olaraq və bir çox qida da mövcud olan aromanı artırmaq və qüvvətləndirmək məqsədiylə istifadə edilir. Sitrik turşusu təbii olaraq limon və portağal kimi meyvələrdə bol miqdarda var. Sitrik turşusunun insan sağlamlığını təhlükəyə atacaq bir təsiri yoxdur. Bununla birlikdə sitrik turşusu ehtiva edən qidalardan çox miqdarda istehlak edənlərin, xüsusilə uşaqların dişlərinə mənfi təsir edə bilir. Meyvələrdən sitrik turşusu izolyasiyası çox bahalı bir üsul olduğuna görə sitrik turşunun 99%-i bakteriya və mayaların köməyiylə şəkərdən əldə edilir.

Riskləri: Dəri reaksiyaları, ağız kimi həssas nahiyələrdə uçuqlara səbəb olur, diş çürüməsini artırır. Qətiyyən tövsiyə olunmur!

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir