E334

Adı: L-(+)- Tartarik Turşusu  

Mənşəyi: Bitki mənşəli, sintetik, GDO-lu           

Təsviri: Meyvələrdə, aromalarda dad artırıcısı, eyni zamanda rəng stabilizatoru və turşuluq tənzimləyicisi olaraq istifadə edilir. Əsasən şərab sənayesinin tullantı məhsullarından (üzüm qabıqlarından) genetik strukturu dəyişdirilərək əldə edilir. Türkiyədə orqanik etiketli məhsullar da daxil olmaqla, istifadəsi sərbəstdir. Qidalarda istifadə edilən turşular arasında ən turş dada malik olan turşudur. Tartarik turşusu qidalarda təbii olaraq mövcud olan bir turşudur. Tartarik turşusu və ya şərab turşusu şərabın artan tortusundan kimyəvi yolla əldə edilən bir turşudur. Şərab istehsalında mayalar və şərab turşusu tortu olaraq dibə çökərək şərabdan ayrılan bu tortu əvvəl isti suyla sonra duz turşusu (HCI) və kalsium hidroksit (Ca(OH)2) ilə işlənir, meydana gələn kalsium tartarat 70%-lik sülfürik turşusu (H2S04) ilə işlənərək tartarik turşusu əldə edilir. Tartarik turşu üzüm aromalı qidaların təbii rəngini artırdığından xüsusilə üzüm aromalı gel, cem, meyvə şirəsi, dondurma və şəkərləmələrdə turşulandırıcı olaraq istifadə edilir.

Tartarik turşusu alman dilində “Weinsäure”dir. Alman dilindən tərcümə edildikdə “şərab turşusu” mənasını verir. Lakin tartarik turşunun spirt kimi şərxoş edici bir xüsusiyyəti yoxdur.

Riskləri: Hal hazırda məlum olan yan təsiri yoxdur. Lakin genetik dəyişiklik baş verdiyindən qətiyyən tövsiyə olunmur!

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir