Adı: Kalsium fosfatlar
Mənşəyi: Sintetik
Təsviri: Ətraflı məlumat üçün E339-a baxın. E339-un istifadə sahələrinə əlavə olaraq, E341 çörək hazırlanmasında (bread agent), konservlərdə isə tərəvəzlərin uzun müddətli saxlanılması üçün tətbiq edilir. E341ii forması diş məcunlarında, E341iii forması isə toz məhsullarında yaprıxmaya qarşı istifadə edilir. Türkiyədə istifadəsinə icazə verilir. Kalsium fosfat, fosforik turşusunun kalsium duzudur. Kalsium fosfat, turşuluğu nizamlayıcı olaraq qabartma tozunda istifadə edilir. Kalsium fosfat xəmirlərdə keyfiyyəti yaxşılaşdırmaq və unlu məmulatları mineralla zənginləşdirmək üçün də istifadə edilir. E 341 iii qidalarda təməl olaraq toz xəmir qarışıqlarında, toz şirnilərdə, süd tozunda yapışmağa və nahamarlığa qarşı istifadə edilir. E 341 ii isə diş məcununda parladıcı maddə olaraq istifadə edilir.
Riskləri: Riskləri haqqında məlumat üçün E339-a baxın. Əlavə olaraq kalsiumu asanlıqla birləşdirdiyindən, kalsium çatışmazlığına və bədəndəki paratiroid hormonunun (PTH) miqdarının artmasına səbəb olur. Eyni zamanda yüksək fosfat miqdarının uşaq və yeniyetmələrdə sümük zəifliyinə səbəb olduğu bildirilmişdir. Bəzi ölkələrdə qadağan, bəzi ölkələrdə isə istifadəsi məhduddur. Qətiyyən tövsiyə olunmur!