Adı: Maqnezium fosfat
E343i Maqnezium dihidrogen fosfat
E343ii Maqnezium hidrogen fosfat
E343iii Trimaqnezium fosfat
Mənşəyi: Sintetik
Təsviri: Fosfon turşusunun maqnezium duzudur, əsasən fosfon turşusundan (E338) istehsal olunur. Maqnezium fosfat emulqator olaraq istifadə edilir və antioksidləşdiricitların aktivliyini artırır. Konservlərdə tərəvəzlərin uzunmüddətli saxlanılmasını gücləndirir.
Riskləri: Ətraflı məlumat üçün E339-a baxın. Kalsiumu asanlıqla birləşdirdiyindən, kalsium çatışmazlığına və orqanizmdəki paratiroid hormon (PTH) miqdarının artmasına səbəb olur. Eyni zamanda yüksək fosfat miqdarının uşaq və yeniyetmələrdə sümük zəifliyinə səbəb olduğu bildirilmişdir.Fosfatların günlük qəbul miqdarı asanlıqla keçdiyindən, istifadəsi mütləq məhdudlaşdırılmalıdır və qətiyyən tövsiyə olunmur!