Adı: Kalsium disodium EDTA
Mənşəyi: Sintetik
Təsviri: Kalsium natrium duzlarının sintetik bir birləşməsidir. Metal birləşdirici və stabilizator olaraq salat sousları, mayonez, dondurulmuş dəniz məhsulları, konservləşdirilmiş tərəvəzlər kimi çoxlu sayda məhsulda istifadə edilir. Tibbdə metal zəhərlənməsinin müalicəsində və toz şəkilli detergentlərdə istifadə edilir. Əslində bir antioksidləşdirici deyildir, ancaq antioksidləşdiricilərlə birlikdə istifadə edildikdə onların təsirlərini artırır.
Riskləri: Çox geniş istifadə olunduğundan istehlakı yüksəkdir. Bütün yaş qrupları üçün son dərəcə risklidir. Heyvanlarda aparılan EDTA təcrübələrində xromosom zədələnmələrinə səbəb olduğu təsbit edilmişdir. Qusmaya, ishala, qan laxtalaşmasına, əzələ qıcolmalarına səbəb olduğundan Avstraliyada qadağan edilmişdir. Qətiyyən tövsiyə olunmur!
Fitik turşu: Bir çox bitki toxumunun quruluşunda olan bir turşudur. Fitik turşusu yağlarda və yağlı qidalarda acılaşmanın qarşısını alır, qidalardakı rəng maddələrini stabilize edir, yumurta ehtiva edən qidaların isidilməsiylə meydana gələ biləcək qaralmanın qarşısını alır, qaynadılmış soya paxlası və kartof kimi tərəvəzlərin yumşalmasına kömək edir. Bundan başqa tofu istehsalında ləzzət və toxumanın inkişafına kömək etmək üçün də fitik turşusu istifadə edilə bilir.