E405

Adı: Propan 1-2 diol alginat

Digər adı: Propilen qlikol

Mənşəyi: Sintetik, GDO-lu

Təsviri: Alginik turşusu (E400) propilen qlikol (E490) efiridir və dəniz yosunlarının genetik quruluşu dəyişdirilərək əldə edilir. 

Diqqət: Propilen qlikol və ya propan adıyla E490 və E1520 kodlu iki ayrı qatqı maddəsi daha var. Dondurmalar, şirniyyatlar, souslar, uşaq qidaları kimi bir çox məhsulda istifadə edilir. Uşaq yeməklərində GDO-nu qadağan edən ölkənin, körpə məhsullarında istifadə olunmasına göz yumması ziddiyətli və təhlükədir. E 405 əsasən balıq məhsullarının souslarında istifadə edilir.

Riskləri: Bəzi insanların orqanizmində propilen qlikola qarşı əks göstərişlərə səbəb olduğu müəyyənləşdirilmişdir. Siçanlar üzərində aparılan təcrübələrdə vitamin və mineralların mənimsənilməsinin azalmasına, böyrək zədələnmələrinə, korluğa, sinir sistemi pozuntularına hətta ölümə, it və pişiklərdə isə qan xəstəliklərinə səbəb olmuşdur. Bu səbəbdən yemlərində istifadəsi qadağandır. Həkimlərə görə qaraciyər xəstəliklərinə və eqzemaya səbəb olduğu dəfələrlə müşahidə olunmuşdur. Körpə və uşaqlarda vitamin və mineralların mənimsənilməsini azaltdığı, bərpa olunmaz fizioloji problemlərə səbəb olduğu əsas gətirərək bəzi ölkələr uşaq qidalarında istifadəsini qadağan etmişdir. Qətiyyən tövsiyə olunmur!

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir