Adı: Aqar
Mənşəyi: Bitki mənşəli
Təsviri: “Rhodophyceae” ailəsinə aid olan dəniz yosunlarından termiki emal yolu ilə əldə edilir və jelatinin bitki mənşəli alternativlərindən biri olaraq tanınır. Bir çox məhsulda qatılaşdırıcı olaraq istifadə edilir. Türkiyədə orqanik məhsullarda belə istifadəsi sərbəstdir. Aqar və ya geloz olaraq da adlandırılan E 406, qırmızı alg-lurin Gelidium və Gracilaria cinslərindən əldə edilən bitki mənşəli bir gelləşdiricidir. Gelidium cinsi yosundan əldə edilən aqarlar sərt və kövrək gel meydana gətirirlər. Buna görə qida sənayesində yumşaq və elastik gel meydana gətirən Gracilaria cinsindən əldə edilən aqarları tərceh edirlər. Aqarın gel əmələ gətirmə xüsusiyyəti jelatindən təxminən 10 qat daha çoxdur. E 406 ət konservlərində, şəkərləmələrdə, meyvəli gellərdə, tortçuluq məhsullarında, əritmə pendirlərdə və meyvə sularını durultmada istifadə edilir. Aqar, keçibuynuzu kitrəsi ilə birləşdiyində daha güclü bir gel meydana gətirir. Aqar, lolatine alternativ bir gelləşdiricidir və ədviyyatçılarda toz halında da satılır. Evlərdə tort və ya şirniyyat istehsalında heyvan mənşəli jelatin istifadə etmək istəməyən istehlakçılar üçün agar alternativ bir gelləşdiricidir.
Riskləri: Bağırsaq mikroflorasının fermentativ aktivliyinə səbəb olur və qaz, şişkinliyə, ishala və bəzi mineralların mənimsənilməsinin azalmasına səbəb olur. Qida maddələrinin sorulmasını azaltdığı müşahidə olunmuşdur. Bəzi ölkələrdə uşaq qidalarında istifadəsi qadağandır. Qətiyyən tövsiyə olunmur!