Adı: Karraqinan (Karragenan)
Digər adı: E407-a emal olunmuş “eucheuma” dəniz Yosunu
Mənşəyi: Bitki mənşəli
Təsviri: Fərqli dəniz yosunlarının termiki emal yolu ilə əldə edilir və jelatinin bitki mənşəli alternativlərindən biri olaraq tanınır. Əsasən gelləşdirici və qatılaşdırıcı olaraq istifadə edilir. Türkiyədə istifadəsi sərbəstdir. Karragenan gelləşdirici, adını ilk olaraq təxminən altı il əvvəl kəşf edildiyi İrlandiya şəhəri Carregheendən götürmüşdür. Karragenan İrlandiya Fransa və İspaniya sularında yetişən qırmızı alglerdən (Chondrus crispus, Gigartina mamillosa) əldə edilir. Agara alternativ olaraq ticari istehsalı 1937-ci ilində başlamışdır. Şokoladlı südlərdə kakao hissəciklərinin süd içində bərabər bir şəkildə paylanmanı təmin edərək kakaonun çökməsinin qarşısını almaq üçün pudinqdə, tortçuluq məhsullarında və jelelərdə gelləşdirici krem şantidə köpükləndirici olaraq, ət məhsullarında dah yaxşı dilimləmə, su saxlama, yumşaqlıq təmin etmək və yağ tərkibi azaltmaq məqsədiylə, balıq konservi, qatıq, pendir, marqarin dondurma, süd tozu, meyvəli içki, şorba, ketçap və souslar stabilizator olaraq istifadə edilir. Bu gelləşdiricini ehtiva edən yumuşaq şəkərləmələr udularkən boğaza yapışa bilmə ehtimalına görə boğulmalara səbəb ola biləcəyi üçün diqqət yetirilməlidir.
Riskləri: 1969-cu ildə heyvan üzərində aparılan təcrübələrdə sidik və qana keçərək böyümə problemlərinə və yoğun bağırsaq xorasına səbəb olduğu aşkar edilmişdir. Allergiyalarla yanaşı immun sisteminin zəifləməsinə səbəb olur. Xüsusilə, körpə və uşaqlarda vitamin və mineralların azalmasına səbəb olur. Son zamanlarda araşdırmalar kanserogen şişlərin yaranmasına səbəb olduğunu sübut etmişdir. Türkiyədə orqanik etiketli məhsullarla uşaq qidaları daxil olmaqla, istifadəsinə icazə verilir. Qətiyyən tövsiyə olunmur!