Adı: Çovdar və ya keçibuynuzu kitrəsi (Ceratonia Siliqua)
Digər adı: Carob Bean Gum
Mənşəyi: Bitki mənşəli
Təsviri: Əsasən çovdar və ya keçibuynuzu bitkisindən sintetik üsullarla əldə edilir. Bir çox məhsullarda qatılaşdırıcı, stabilizator və emulqator olaraq istifadə edilir. Uşaq yeməklərində istifadə edilir. Türkiyədə orqanik etiketli məhsullar daxil olmaqla, istifadə olunur. Keçibuynuzu çəyirdəyi kitrə və ya keçibuynuzu çəyirdəyinin unu, keçibuynuzu ağacının (Cerratonia siliqua) toxumlarının iç hissəsinin üyüdülməsiylə əldə edilir. Keçibuynuzu ağacı paxlakimilər ailəsinə aid hər vaxt yaşıl olan Portuqaliya, Türkiyə, Tunis, Yunanıstan, İtalya və Kipr kimi Aralıq dənizi bölgəsi ölkələrində və Cənubi Kaliforniyada yetişən bir ağacdır. Keçiboynuzu kitrəsi dünyanın fərqli yerlərində Locust bean gam, Carob gam, Johannismisbrotmehl, Tragasol yapışqanı və Algaroba kimi adlarla da bilinir. Sənaye olaraq ilk dəfə 1920-ci illərin başında çıxarılmışdır. Keçiboynuzu kitrəsi, tək başına kafi gel meydana gətirmə xüsusiyyətinə malik olmadığından ümumiyyətlə digər qatılaşdırıcılarla birlikdə istifadə edilir.
E 410 qatqı maddəsi ksantan kitrəsiylə birlikdə istifadə edildikdə gelləşmə xüsusiyyəti artır və yumşaq, elastik gel meydana gətirir. Qida sənayesində makaron, çörək, tort kremləri, pudinq, dondurma, pendir, jele və marmeladlarda qatılaşdırıcı olaraq istifadə edilir. Keçibuynuzu çəyirdəyi kitrəsi dondurmada arzu edilən düz, əriyən bir quruluş təmin etmək, qatıq və pudinqlərdə sulanmağın qarşısını almaq, içkilərdə, souslarda, əritmə və krem pendirlərdə quruluşu və sabitliyini qorumaq, emal olunmuş ət məhsullarında, müxtəlif sucuqlarda və sosiskalarda istənilən keyfiyyətdə dolum edilməsini asanlaşdırmaq üçün istifadə edilir.
Riskləri: Geniş istifadə edildiyindən gündəlik istehlak miqdarı yüksəkdir. Buna görə qaza və şişkinliyə səbəb olur. Bəzi analizlər astmaya, tənəffüs problemlərinə, dəri reaksiyalarına və allergiyalara səbəb olduğunu göstərmişdir. Bəzi qurumlar daha ciddi araşdırmalar aparılmasını vurğulayırlar. Qətiyyən tövsiyə olunmur!