E412

Adı: Quar (noxud) kitrəsi

Digər adı: Cyamopsis tetragonolobus

 Mənşəyi: Bitki mənşəli

Təsviri: Əsasən Asiyada yetişən quar kolundan əldə edilir. Bir çox fərqli məhsulda qatılaşdırıcı, stabilizator və emulqator olaraq istifadə edilir. Türkiyədə orqanik etiketli məhsullar daxil olmaqla, istifadəsi edilir. Quar kitrəsi, Şimali Avstraliya, Hindistan, Banqladeş və Pakistanda yetişən Cyamopsis tetragonalubus və Cyamopsis psoralaides adlı quar bitkilərinin toxumlarının üyüdülməsiylə əldə edilir. Ticari istehsalına 1953-cü ildə ABŞ-da başlanmışdır. Quar kitrə, ağızda əridiyində yüngül yapışqanlıq hissi verdiyi üçün xüsusilə kremvari quruluşda olması istənilən məhsullarda istifadə edilir. Quar kitrəsi unlu məmulatlarda, xüsusilə çörək istehsalında xəmirin elastikliyini artıraraq işlənə bilmə özəlliyini artırır, qarışdırma müddətini azaldır, dilimlənmə xüsusiyyətini yaxşılaşdırır və çörək həcmini artırır. E 412 sosiska kimi məhsullarda homogen bir quruluşun meydana gəlməsinə kömək edir.

Riskləri: Geniş istifadə edildiyindən gündəlik istehlak miqdarı yüksəkdir. Buna görə qaza və şişkinliyə səbəb olur. Bəzi analizlər astmaya, tənəffüs problemlərinə, dəri reaksiyalarına və allergiyalara səbəb olduğunu göstərmişdir. Bəzi qurumlar daha ciddi araşdırmalar aparılmasını vurğulayırlar. Qətiyyən tövsiyə olunmur!

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir