Adı: Karaya kitrəsi
Digər adı: Acacia senegal
Mənşəyi: Bitki mənşəli
Təsviri: Hindistanda olan “Sterculia urens” ağacından əldə edilir. Bir çox fərqli məhsulda qatılaşdırıcı, stabilizator və emulqator olaraq istifadə edilir. Türkiyədə orqanik etiketli məhsullar daxil olmaqla, istifadə olunur. Karaya və ya Sterkuli gamı olaraq da bilinən bu kitrə, Qərbi Afrika və Hindistanda yetişən Sterculia urens adlı ağacın qurudulmuş öz suyundan əldə edilir. Karaya kitrəsi, həm stabilizator və həm də emulqator xüsusiyyətinə malikdir. Qidalarda suyun qurumasına qarşı və paylanmanı asanlaşdırmaq üçün istifadə edilir. Karaya kitrəsi həm satbilazator olması, həm də zülal və yağı emulsifiyə etməsi səbəbiylə südlü qidalara düz bir səth qazandırır. Karaya kitrəsi unlu məmulatlar, pendir, saqqız və ətli məhsullarda da istifadə edilir. Saqqızlarda qaplama və parlatma maddəsi olaraq istifadə edilir.
Riskləri: Geniş istifadə edildiyindən gündəlik istehlak miqdarı yüksəkdir. Bəzi araşdırmalara görə mədə narahatçılığı, bağırsaq problemləri, ishal, astma, dəri üzərində şiddətli qaşıntı və yanma hissinə səbəb olan qurdeşənəyə və orqanizmdə mineralların azalmasına səbəb olur. Qətiyyən tövsiyə olunmur!