E100

E100

Adı: Kurkumin-Turmerik, Kurkumin

Digər adı: Curcuma longa

E100i Kurkumin

E100ii Turmerik

Rəng Kodu: 75300

Mənşəyi: bitki mənşəli

Təsviri: Narıncı-sarı ərzaq rəngləndiricisi olub, bitkilərdən əldə edilir. Kurkumin adlı bu rəng maddəsi turmerik (zərdəçal) kökündən əldə edilir. Dondurmalar, bəzək və üzlük materialları, un məmulatları, souslar, dad maddələri, turşular, xardal, hazırlanmış çərəzlər, partlamış çərəzlər, süd məhsulları, marqarinlər, minarin və digər yağ emulsiyaları, mürəbbələr, gellər, marmeladlar, sosiskalar, kolbasalar, basdırma, qurudulmuş kartof dilimləri, quru qarışıqlar, şirniyyat, şorbalar, spirtli içkilərin istehsalında tətbiq edilir. Türkiyədə hər cür qidada istifadəsi sərbəstdir.

Riskləri: Hazırda məlum olan yan təsiri yoxdur. Eyni zamanda, orqanizm üçün faydalı olan maddələrin də, çox miqdarda əks təsirə səbəb ola biləcəyini unutmamalıyıq. Hamiləlik dövründə kurkumin ehtiva edən preparatların tibbi istifadəsinin uşağı düşürməyə səbəb ola biləcəyi barədə fərziyyələr mövcuddur. Lakin bu kimi hallara dair dəlillər kifayət qədər məhduddur.

Araşdırmalara görə, orqanizm kurkuminin çox hissəsini xaric edir. Boyanın kiçik bir hissəsi qaraciyərə gedir və orada işlənir.

E100 boyasının orqanizmə zərərli təsirlərindən qaçınmaq üçün maddənin icazə verilən gündəlik dozasına riayət edilməlidir. Kurkumin üçün 1 kq bədən çəkisinə 1 mq, uzun sarıkök (zərdəçal) üçün – 1 kq bədən çəkisinə 0,3 mq-dır.

Hal-hazırda kurkuminin insan orqanizminə təsiri ilə bağlı tədqiqatlar davam edir. Avropa Birliyi, Rusiya və Ukrayna daxil olmaqla əksər ölkələrdə qida sənayesində istifadəsinə icazə verilmişdir.

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir