Adı: Sorbitol
E420i Sorbitol
E420ii Sorbitol siropu
Mənşəyi: Sintetik, GDO-lu
Təsviri: Əsasən geni dəyişdirilmiş qarğıdalıdan əldə edilir. Çörəklərlə birlikdə bir çox un məmulatlarında və şirniyyatlarda geniş istifadə edilir. Bundan əlavə, diş məcunu, saqqız, öskürük dərmanları, kosmetika və tütün məhsullarına qatılır. Əczaçılıq sənayesində C vitamininin hazırlanmasında xammal maddə və qliserinin əvəzinə istifadə edilir. Türkiyədə istifadəsi sərbəstdir. Fransız kimyaçı Boussingault tərəfindən 1872-ci ildə yabanı üvez ağacının (Sorbus aucupariä) meyvəsi olan quş üzümündə tapılmışdır. Sorbit, təbii olaraq bitkilərdə və meyvələrdə var. Meyvələrdə olan sorbitol kafi olmadığından ticari olaraq qlükozadan və ya mikroorqanizmlər tərəfindən əldə edilir. Qidalarda istifadəsində miqdar məhdudiyyəti yoxdur. Sorbitin az bir miqdarı incə bağırsaqda həzm edilir, böyük bir hissəsi isə qalın bağırsaqlarda mikroorqanizmlər tərəfindən fermentə edilir. Bəzi insanlar sorbitolu parçalaya bilmədiklərindən həzm edə bilməzlər. Bu kəslərə sorbitol ehtiva edən qidaları istehlak etməmələri tövsiyə edilir. Sorbit saqqız, şəkərləmə, biskvit, keks, xəmir işləri, şokolad, badam əzməsi və diş pastalarında istifadə edilir. Sorbit ağızdakı bakteriyalar tərəfindən parçalana bilmədiyi üçün diş çürüməsi etməz. Buna görə diş pastalarında, saqqız, öskürək həbləri və kosmetik məhsullarında da istifadə edilir. Sorbitolün 1 qramı 2,6 kkal enerji verir.
Riskləri: Mədə, bağırsaq problemlərinə və laksativ təsirinə görə ishala səbəb olur. Qan, əzələ və dərinin funksiyaları üçün çox önəmli olan B6 vitaminin sorulmasını azaldır. Hətta ölümlə nəticələnən şiddətli ishala səbəb olduğundan, 1 yaşından kiçik körpələr üçün istifadəsinə izn verilmir. Qətiyyən tövsiyə olunmur!