E421

Adı: Mannitol  

Mənşəyi: Sintetik, GDO-lu

Təsviri: Əsasən geni dəyişdirilmiş qarğıdalıdan əldə edilir. Durulaşdırıcı olaraq aşağı kalorili dadlandırıcılarda isifadə edilir. Un və un məmulatlarında, qənnadı məmulatlarında, dərman sektorunda xüsusilə də siropların hazırlanmasında geniş itifadə edilir. Türkiyədə istifadəsi sərbəstdir. Mannit, 1806-cı ildən bəri bilinən bir şəkər spirtidir. Mannitol adını dişbudak ağacından (Fraxinus ornus) ifraz olunan şirin bir maddə olan mannandan almışır. Ümumiyyətlə dərman sənayesində istifadə edilir. Mannit təbii olaraq zeytun, əncir, qara şam, dəniz yosunları və bəzi göbələk növlərində var. Mannit 1920-ci illərə qədər bitkilərdən əldə edildisə də halhazırda ümumiyyətlə nişastadan və ya mikroorqanizmlər köməyiylə əldə edilir. Qidalarda istifadə edilirkən hər hansı bir miqdar məhdudiyyəti yoxdur. Mannitin böyük bir hissəsi yoğun bağırsaqlarda mikroorqanizmlər tərəfindən fermentə edilir. Ağızdakı bakteriyalar tərəfindən parçalana bilmədiyi üçün diş çürüməsi etməz. Mannit saqqız, şəkərləmə və dərman sənayesində istifadə edilir. Mannitolun 1 qramı 1,6 kkal enerji verir.

Riskləri: Mədə və bağırsaq problemlərinə səbəb olur. Laksativ təsiri ishala səbəb olur. Böyrək daşına, ürəkbulanmaya, baş fırlanmasına və özündən getmələrə səbəb olur. Orqanizmə inyeksiya yolu ilə daxil edildikdə metabolizmə sarsıdıcı təsir göstərdiyi müşahidə edilmişdir. FSA, hamilə və ya süd verən qadınların bu maddədən uzaq durmaları tövsiyə edir. Qətiyyən tövsiyə olunmur!

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir