Adı: Pektin
E440a (i): Pektin
E440a (ii): Natrium pektat
E440a (iii): Kalium pektat
E440a (iv): Ammonium pektat
Mənşəyi: Bitki mənşəli
Təsviri: Əsasən alma və portağal qabığından istehsal olunur. Na, K və NH3-un duzlarıdır. Marmeladlar, meyvə jeleləri, sousların tərkibində və başqa bir çox məhsullarda qatılaşdırıcı, emulqator və stabilizator olaraq istifadə edilir. Türkiyədə orqanik etiketli məhsullarda belə istifadə olunur. Bitkilərin və meyvələrin hüceyrə divarlarının başlıca bağlama birləşməsi olan Pektin, ticari olaraq alma posası və ya portağal, limon kimi sitrus bitkilərinin qabıqlarından əldə edilən bitki mənşəli bir qatılaşdırıcıdır. Pektin cem, marmelad, jele, dad, sous və süd məhsullarında istifadə edilir. Bir çox meyvə pektin ehtiva etməsinə baxmayaraq bu miqdar cem istehsalında gel meydana gətirəcək qədər kafi deyil. Bu səbəblə cemin qatılığını artırmaq üçün pektin əlavə edilir. Pektin şəkərlə birlikdə gel meydana gətirdiyinə görə cem və marmelad istehsalında istifadə edilir. Bundan başqa pektin ketçap, şəkərləmə, qatıq və içki istehsalında da qatqı maddəsi olaraq istifadə edilir. Pektin maye halda, qurudulmuş saf toz halında və ya şəkərlə qarışdırılmış hazır məhsul şəklində satılır.
Riskləri: Geniş istifadə edilir. Bəzi araşdırmalar qaz əmələ gəlməsinə, ishala və qəbizliyə səbəb olduğunu göstərmişdir. Ehtiyatla istifadə olunmalıdır. Qətiyyən tövsiyə olunmur!