Adı: Jelatin
Mənşəyi: Heyvan mənşəli, Sintetik
Təsviri: E441 jelatininin əvvəlki nömrəsidir, bu nömrə artıq istifadə edilmir. Etiketlərə əsasən jelatin/gelatine olaraq yazılır. İnək, donuz kimi bütün heyvan növlərinin sümük və dərilərindən əldə edilir. Sümükdən əldə edilən jelatin kimya sənayesində, dəridən əldə edilənlər isə qida və dərman sənayesində istifadə edilir. Jelatin meyvə suları, qatıq, pendir, şəkər, dondurma, şirniyyatlar, şorbalar, sosislər, kolbasa kimi məhsullar başda olmaqla kosmetikalar, diş məcunları, dərman maddələri, bitki mənşəli məhsullar, boyaçılıq sənayesində çoxlu sayda məhsullarda qatılaşdırıcı olaraq istifadə edilir. Jelatinlərə, qida boyaları ilə birlikdə E220 və MSG (E621) də daxil ola bilər. Qısaca desək, bu maddələrin əks təsirləri jelatin qəbul edildikdə ortaya çıxa bilər.
Riskləri: Allergiyalara və astmaya səbəb olur. Jelatin əsasən donuzdan və ya donuz və inəkdən qarışıq olaraq istehsal edilir. İstehsalçılar məhsullarına “yeyilə bilən jelatin” və ya “inək jelatini” yazsalar da, bu məlumatlar əsasən alıcıları aldatmaq üçündür. Xüsusilə, uşaqlar üçün yumşaq şəkər (jelibom) olaraq satılan bu məhsul bol miqdarda təhlükəli rəngləndiricilərə də malikdir. Bu səbəblə uşaqların sağlamlığı üçün böyük bir risklər daşıyır. Qətiyyən tövsiyə olunmur!