Adı: Polifosfatlar
E452i Natrium polifosfat
E452ii Kalium polifosfat
E452iii Natrium kalsium polifosfat
E452iv Kalsium polifosfat
E452v Ammonium polifosfat
Mənşəyi: Sintetik
Təsviri: Natrium və kaliumun fosfatlarla zəngin duzları olub, hər biri öz karbonatları və fosforik turşularından sintetik olaraq birləşməsindən əldə edilir. Müxtəlif məhsullarda kompleksləşdirici, stabilizator və emulqator olaraq istifadə edilir. Polifosfatların ət məhsullarında istifadəsi 1950-ci illərdə başlamışdır. Polifosfatlar əritmə pendirlərində emulsifiyar duz olaraq, ət məhsullarında, dondurmada və şirnilərdə satbilazator olaraq da istifadə edilir. Polifossfatlar ətdə rəng itkisinin qarşısını alır, tekstürü yaxşılaşdırır, acılaşmağın qarşısını alır, pis dad və qoxu meydana gəlməsinə mane olur. Polifossfatlar ət və ət məhsullarında su saxlama həcmini artıraraq büzüşmə, ərimə itkiləri və israfı azaldır. Sosiska və kolbasalarda polifosfatlar rəng meydana gəlməsini sürətləndirir, bişirmə əsnasında suyun və yağın ayrılmasının qarşısını alaraq, məhsula daha yaxşı kövrəklik qazandırır. Polifosfatların, çiy ətdəki rəng piqmentlərindən mioqlobinin oksidləşməsinin qarşısını alaraq ətin rəngini müsbət olaraq təsir etdiyi də müəyyən olunmuşdur. Albalı, vişnə, çiyələk, pomidor kimi məhsullarda isə qaralmağın qarşısını almaq və parlaq təbii rəngi qorumaq üçün də istifadə edilir.
Riskləri: E450 ilə eyni yan təsirlərə sahibdir. Almaniyada qadağandır. Qətiyyən tövsiyə olunmur!