E470

Adı: Yağ turşularının duzları (Piy turşuları, alümin, kalsium, natrium, maqnezium, kalium və ammonium duzları (Salts of Fatty Acids (with base Al, Ca, Na, Mg, K And NH4))

E470a (i) Yağ turşularının Na duzları

E470a (ii) Yağ turşularının K duzları

E470a (ii) Yağ turşularınin Ca duzları

E470b Yağ turşularınin Mg duzları

Mənşəyi: Bitki mənşəli, heyvan mənşəli, GDO-lu

Təsviri: Əsasən soya, qarğıdalı, raps (kanola) kimi geni dəyişdirilmiş bitkilərdən və ya heyvan mənşəli yağ turşularının duzlarından əldə edilir. Heyvan mənşəli olanları donuzdan alınma ehtimalını da daşıyır. Geniş şəkildə emulqator və stabilizator olaraq istifadə edilir. Türkiyədə istifadəsi sərbəstdir. Bu qatqı maddələri süd tozları, biskvit, vafli, keks, peçenye, kakaolu məmulatlar, şəkərləmələr, saqqız, marqarin, qəhvə ağardıcısı, tahin halvası, krem şanti, tortçuluq kremləri, souslar, hazır keks qarışıqları, çörək, dondurma, yaş tort, un məmulatları, şirnilər, şirni bəzəmələri, yüngül tortçuluq məhsulları, şorbalar və diet məhsullarda istifadə edilə bilir. Həb istehsalında toz axışına kömək edir. Şəkər çuğunduru istehsalında köpük meydana gəlməsini azaltmaq üçün istifadə edilir.

Riskləri: Məlum olanhər hansıbir əks təsiri olmasa da, GDO-lu olması, donuz tərkibli olma ehtimalı və digər heyvanların inanclara uyğun kəsilib-kəsilmədiyindən əmin olunmadığı üçün qətiyyən tövsiyə olunmur!

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir