Adı: Yağ turşularınin mono və di-qliseridləri
Mənşəyi: Bitki mənşəli, heyvan mənşəli. GDO-lu
Təsviri: Qliserol və təbii yağ turşularından istehsal olunan sintetik yağlardır. Bitki mənşəli, ya da heyvan mənşəli ola bilər. Emulqator və stabilizator kimi geniş şəkildə istifadə edilir və əsasən müxtəlif məhsulların qarışığıdır. Türkiyədə istifadəsi sərbəstdir. Yağ turşularının mono- və diqliseridləri qliserol (E 422) və təbii yağ turşularının birləşərək lipaz fermentinin köməyi ilə əldə edilən emulqatorlardır. Mono- və diqliseridlər ilk olaraq 1853-cü ildə Berthelot tərəfindən əldə edilmişdir. Sənaye olaraq istehsal isə 1929-cu ildə Amerikada həyata keçirilmişdir.
Mono- və diqliseridlər qidalarda ən çox istifadə edilən emulqatorlardır. Bir çox qidada istifadə edilən bir qatqı maddəsi olduğuna görə qaynağı ən çox diqqət çəkən qatqı maddələridir. Mono və diqliseridlər yağ turşularından əldə edilirlər. Bu yağ turşuları mal, donuz və ya süd yağı kimi heyvan mənşəli bir yağdan və ya soya, kolza, qarğıdalı kimi bitki mənşəli qaynaqlı bir yağdan əldə edilə bilir. Qida etiketinin üzərində istifadə edilən emulqatorun qaynağının bitki yoxsa heyvan mənşəli olduğuna dair bir məlumatın yazılma zəruriliyi yoxdur. Buna görə bu qatqı maddəsinin hansı qaynaqdan əldə edildiyi ancaq istehsalçı firmaya soruşularaq öyrənilə bilər. Mono- və diqliseridlər şokolad, unlu məmulatlar və şəkərləmələr kimi bir çox qida məhsulunda istifadə edilr. Bu qatqı maddələri unlu məmulatlarda düzgün yağ dağılımını təmin etməkdə, nəmin tutulmasını asanlaşdırmaqda, bayatlamanı gecikdirməkdə və məhsul keyfiyyətini artırmaqdadır. Marqarinlərdə su və yağ emülsiyonunu təmin edərək homogen bir quruluş əldə etmək, qızartma əsnasında yağların sıçramasını azaltmaq və yağ salması deyilən strukturca pozulmağı önləmək üçün də istifadə edilir. Cem və marmelatların köpüksüz dolumuna kömək edir. Emulqatorlar kok xəmirlərindəki yağın fəaliyyətini artırmaqdadır. Bu şəkildə aktiv hala gələn yağ, nişasta və zülal molekulları arasında asanca hərəkət edərək dağılmaqdadır. Bunun nəticəsində istənilən yumşaqlıqda və xırtıldayan keks əldə edilir. Keks istehsalında mono və diqliseridlər istifadə edilmədiyində, keks birləşmələri homogen bir şəkildə qarışmamaqda və keksdə çökmələr ıneydana gəlməkdədir.
Riskləri: Haqqında bir çox araşdırmalar aparılmışdır. Heyvanlar üzərində aparılan araşdırmalarda inkişafa mane olduğu, yağların sorulmasını azaltdığı, qaraciyər, böyrəklərin böyüməsi, cinsi orqanların kiçilməsi və zədələnməsinə səbəb olduğu müəyyən edilmişdir. Mutagenik, teratogenik ola bilər. Xərçəngə səbəb olması və cinsi inkişafa mənfi təsiri ilə bağlı araşdırmalar davam edir. Bundan başqa, GDO-lu olması, donuz tərkibli olma və digər heyvanların inanclara uyğun kəsilib-kəsilmədiyindən əmin olunmadığı üçün qətiyyən tövsiyə olunmur!