Adı: Yağ turşuları və Saxaroza efirləri
Mənşəyi: Bitki mənşəli, Heyvan mənşəli, GDO-lu
Təsviri: Qliserin və təbii yağ turşularından əldə olunan sintetik yağlarıdır. Bitki mənşəli ya da heyvan mənşəli ola bilir. Un və un məmulatlarında ağardıcı və emulqator olaraq istifadə edilir. Uşaq yeməklərində də istifadəsinə icazə verilir. E 473 və E 474 (Saxaroqliseridlər) ilk olaraq 1969-cu ildə istehsal edilmişdir. Keks, çörək, biskivit kimi un məmulatlarında aşağı kalorili marqarinlərdə, şokolad, saqqız, dondurma qəhvə ağardıcıları, şəkərləmə, krem və yeməklik yağlarda istifadə edilir.
Riskləri: Hər kq-da 350 mq propilen qlikol və 10 mq metanol var. Xüsusilə, şampuanlar və digər kosmetika məhsullarında çox istifadə edilən bu cür maddələr qaraciyər, böyrək, beyin, göz və ürək kimi orqanlarda yığılıb xərçəng, qısırlıq, hormon pozulması, saç tökülməsi, göz zəifliyi, dəri xəstəlikləri kimi ağır problemlərə səbəb olur. Saxaroza efirləri şişkinlik və ishala səbəb olur. Bunlara əlavə olaraq GDO-lu olması, donuz tərkibli olması və digər heyvanların inanclara uyğun kəsilib-kəsilmədiyindən əmin olunmadığı üçün qətiyyən tövsiyə olunmur!