E508

Adı: Kalium xlorid

Mənşəyi: Sintetik

Təsviri: Duz şəklində olub, dəniz duzu və qaya duzundan əldə edilir. Bir çox duzsuz, natriumsuz və ya aşağı dozalı natriumlu məhsulda həlledici və ətir verici kimi istifadə edilir. Pis dadı vardır. Türkiyədə istifadəsi sərbəstdir. Xloridlər təbii minerallardan və dəniz suyundan əldə edilir. Kalium xlorid (E 508), kalsium xlorid (E 509), maqnezium xlorid (E 511) və qalay xlorid (E 512) xloriddən əldə edilən qatqı maddələridir. Meyvə və tərəvəz konservlərində yumşalmağın qarşısını almaq üçün istifadə edilirlər. Doğranmış meyvə və tərəvəz salatları kalsium xlorid ilə yuyulduqda toxumaları möhkəmlənir, rəng, quruluş və təzəlikləri qorunur. Kalsium xlorid pendir istehsalında zülalların sağlam bir quruluş meydana gətirməsinə yəni südün pıxtılaşmasına kömək edir. Bu şəkildə konserv edilən tərəvəzlər təbii rənglərini qoruyur. Kalium xlorid duzla bənzər dada malik olduğuna görə məhsullarda duzluluğu təmin etmək üçün aşağı natrium lazım olan diet qidalarda istifadə edilir. Maqnezium xlorid qida əlavələrində maqnezium qaynağı  olaraq istifadə edilir.

Riskləri: Bağırsaq problemlərinə, mədə və bağırsaq xoralarına, qusmaya, ishala, halsızlığa, zəifliyə və daxili qanaxmalara səbəb olur. Qətiyyən tövsiyə olunmur!

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir