Qidaların etiketlənilməsi haqqında ümumi məlumatlar
Qida etiketləri bir məhsulun tərkibi, saxlama şərtləri, istifadə edilən qatqı maddələri və istehsal yeri kimi bir çox mövzuda məlumat verirlər.
Qida etiketlərindəki işarələrin mənaları nələrdir?
Qida maddələrinin qabında etiket məlumatları doğru, tam və anlaşıla bilən olmalıdır. Etiketlərdə istehlakçını yanıldacaq şəkil, rəsm və ya yazı olmamalıdır. Qida maddələrinin etiketlərində xəstəlikləri yaxşılaşdırma, qarşısını alma kimi ifadələrin yazılması qadağandır. Qablı bir qida maddəsinin etiketində saxlanılması zəruri məlumatlar aşağıda bildirilir.
Qida maddəsinin adı
İçindəkilər siyahısı
Qidanın dəqiq miqdarı
İstehsalçı və qablaşdırıcı firmanın adı, qeydiyyatlı markası, ünvanı və istehsal edildiyi yer
Son istehlak tarixi
İstehsal icazə tarixi və sayı, sicil nömrəsi
Lazım olduğunda istifadə məlumatı və/və ya mühafizə şərtləri
h) Həcmi 1,2%-dən çox spirt ehtiva edən içkilərdə spirt miqdarı
i) İstehsal edildiyi ölkə idxal edilmiş qidaların etiketlərində istehsal edildiyi ölkənin adı və “İdxal” ifadəsi yazılır. Yerli malı, yerli, Türk malı kimi ifadələr isə o qidanın ölkə daxilində istehsal edildiyini göstərir.
Etiketlərin üzərindəki EG nömrəsi nə deməkdir?
Avropa Birliyi ölkələrində 2006-cı ildən etibarən qab içində satılan ət, balıq, süd və bunlardan hazırlanan məhsullar oval bir kodla işarələmək məcburiyyətindədir. Bu işarədən bir qidayı istehsal edən firmanın hansı ünvanda olduğu müəyyən edilir.
Kod (EAN Cod) nə deməkdir?
EAN Kodu (alm. Europäische Artikel Nummer) bir malın hansı ölkənin hansı müəsisəsində istehsal edildiyini və ya qablaşdırıldığını, malın cinsini və xüsusiyyətlərini təyin etmək məqsədiylə öncədən müəyyən olunmuş qaydalara uyğun müxtəlif qalınlıqlarda bir sıra şaquli paralel xəttlər və bu xəttlər arasında müxtəlif genişlikdə boşluqlardan meydana gələn bir işarələmə şəklidir.
Əgər məmul və qabının səthi 13 xanalı ədədlər üçün oxuma işarəsini ala bilməyəcək qədər kiçikdirsə, 8 xanalı qısa işarələr istifadə edilir.
13 xanalı ədəd sırası soldan sağa doğru bunları ifadə edir. İlk üç xana ölkə kodudur. Beynəlxalq Mal Nömrələmə Birliyi (EAN) tərəfindən milli mal nömrələmə təşkilatına verilən və bu təşkilatı təyin edən ölkə bayraq nömrəsini göstərir. İlk 3 xana başlanğıcda Avropa ölkələri göz qarşısında saxlanıldığı üçün 2 xana olaraq təsbit edilmiş, daha sonra EAN, Avropa sərhədlərini aşıb beynəlxalq bir xüsusiyyət qazanınca 2 xana 3 xanaya yüksəldilmiş, lakin cəmi 13 xana dəyişdirilməmişdir.
Ölkə kodundan sonra gələn 4 xana firma kodudur. İstehsalçı ya da satıcı müəssisəyə verilən və o müəssisəni təyin edən istehsalçı və ya satıcı kod nömrəsini göstərir. Firma kodundan sonra gələn 5 xana məmul kodudur. İstehsalçı ya da satıcı müəssisə tərəfindən istehsal edilən məmula verilən və o məmulu təyin edən məmul kod nömrəsini göstərir.
Almaniyada fabriki olan, lakin İspaniyada istehsal edib bunu Almaniyada satan bir firma ölkə kodunda Almaniya yaza bilər. Bu səbəbdən xətt kod nömrəsindən qidaların xammaddəsinin hansı ölkədən gəldiyi aydın ola bilməz.
Ölkələrin ştrixkod nömrələri:
00-13 USA-Kanada
30- 37 Fransa
45- 49 Japonya
50 İngiltərə
54 Belçika
57 Danimarka
64 Finlandiya
70 Norveç
73 İsveç
80- 83 İtaliya
84 İspaniya
87 Hollandiya
91 Avstriya
93 Avstraliya 400- 440 Almaniya 476 Azərbaycan 485 Ermənistan 520 Yunanıstan 529 Cənubi Kipr 594 Ruminya
690- 692 Çin
729 İsrail
869 Türkiyə
880 Koreya
885 Tayland
888 Sinqapur
955 Malayziya