Adı: Kalium hidroksid
Mənşəyi: Sintetik
Təsviri: Kalium xloriddən hazırlanır. Sənayedə meyvələrin qabıqlarının soyulmasında, yaşıl zeytunların qara zeytuna (E160b ilə) çevrilməsində, soba məhsullarında, kakaolu məhsullarda, dondurmalarda, üzüm şirələrində, bəzi uşaq yeməklərində, şokolad istehsalında qələvi və turşuluq tənzimləyicisi olaraq istifadə edilir. Bundan başqa dana buynuzlarının böyüməsinin qarşısını almaq üçün də istifadə edilir. Türkiyədə istifadəsi sərbəstdir.
Riskləri: Ağız, boğaz və mədədə yanmağa, qırtlaq zədələnməsinə, daxili qanaxmalara, baş fırlanmasına səbəb olur. Körpələr üçün daha təhlükəlidir. Qətiyyən tövsiyə olunmur!