Adı: Kalsium fosfat
Mənşəyi: Heyvan mənşəli
Təsviri: Donuz və hər cür heyvan sümüyündən əldə edilir. Qurudulmuş məhsullarda, rəfinə edilmiş şəkərlərdə, qida əlavələrində və kosmetika məhsullarında yaprıxmaya qarşı agent, emulqator və fosfor olaraq istifadə edilir.
Sümük fosfatı – qida və kosmetik məhsullarında istifadə edilə bilir. Heyvan sümüklərindən əldə edilir. Halhazırda bir çox ölkədə istifadə edilməyən bir qatqı maddəsidir. Emulqator məqsədli və yaprıxmaya, nahamarlığa qarşı olaraq istifadə edilir. Küp şəkər və ya kəsmə şəkərdə heyvan mənşəli bir qatqı maddəsi olub olmadığı çox soruşulan sualların başında gəlir. Köhnə texnologiyalarda kristal şəkərdə və maye şəkərdə rəng aradan qaldırıcı, yəni ağardıcı maddə olaraq sümük fosfatı (E 542) istifadə edilirdi. Halhazırda yeni toxnologiyaya sahib olan firmalar kəsmə şəkəri, su və buxarın istifadə edildiyi qəliblərdə presləmə əməliyyatı nəticəsində əldə edilir. Bəzi ədəbiyyatlarda isə küp şəkər istehsalında E 570 və E 572 kimi emulqatorlar istifadə edilə bildiyi ifadə edilir.
Riskləri: Orqanizmdə kalsium çatışmazlığına səbəb olur. “Dəli dana” xəstəliyinə səbəb olduğuna görə Avropada məhsul istehsalında əsasən donuzdan istifadə olunur. Digər ölkələrdə isə qarışıq istifadə edilir. AB ölkələrində istehsalı sərbəstdir, lakin istifadə olunması qadağandır. Qətiyyən tövsiyə olunmur!