E551

Adı: Amorf silisium dioksid

Mənşəyi: Sintetik

Təsviri: Qumdan istehsal olunur. Bir çox məhsulda yaprıxmaya qarşı agent, spirtli içkilərdə maya, proteinlərin təmizlənməsi və köpüklənməyə qarşı agent olaraq istifadə edilir. Türkiyədə orqanik etiketli məhsullar daxil olmaqla, istifadəsi sərbəstdir. Silisium dioksid və silikatlar qumdan əldə edilir. Silisium dioksid öz agırlığının 120%-i qədər nəm çəkmə xüsusiyyətinə malikdir. Təbiətdə kuartz, çaxmaqdaşı və torpaq halında var. E 551 yaprıxmaya və nahamarlığa qarşı qurudulmuş məhsullar, süfrə duzu, qurudulmuş yumurta sarısı, toz qəhvə, ədviyyatlı duz qarışıqları, toz formasındakı aroma, sous, içki və şorbalarda istifadə edilir. Saqqız və diş pastası istehsalında dolğu və ya qaplama maddəsi olaraq da istifadə edilə bilir. Ayrıca rəndələnilmiş və ya dilimlənmiş emal pendirlərdə və qida əlavəsi həblərində də istifadə edilir.

Riskləri: İstifadəsi geniş yayılmışdır. Lazımi araşdırma olmadığına görə istifadəsində diqqətli olmaq lazımdır.

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir