E621

Adı: MGS

Digər adı: Natrium-1 qlutamat –əvəz edilmə (Monosodium Qlutamate)

Mənşəyi: Sintetik, Heyvan mənşəli, Bitki mənşəli, GDO-lu

Təsviri: Bakteriya fermentasiyası yolu ilə melassadan və qlüten ilə GDO-lu soya proteini kimi proteinlərdən əldə edilir. 2001-ci ildə İndoneziyada donuzdan əldə edildiyi də aşkarlandı. Dadlandırıcı olaraq istifadə edilir. Ən böyük istehsalçısı yapon bio-texnologiya nəhəngi Ajinomofdur. Hazır suplarda, çipsi, kolbasa, sosiska, sous, çərəz, pizza, biskivit, keks, tort, uşaq məhsulları, hazır yeməklər, restoranlar, dietik məhsullarda, hətta bəzi dərmanlar daxil olmaqla, ağla gəlməyən hər cür qidada istifadə edilir və asılılıq yaradır. Türkiyədə istifadəsi sərbəstdir.

Riskləri: Nevrotoksin olan MSG, sinir hüceyrələrinə, mərkəzi sinir sisteminə zərər verir və kanserogendir. Ürək döyüntülərinə, hiperaktivliyə, boynun qıc olmasına, ürəkbulanmaya, qusmağa, qarın ağrısına, əzələ zəifliyinə, ümumi halsızlığa, yanma hissinə və miqrenə səbəb olur. Bəzi hallarda anafilaktik şoka səbəb olmuşdur. Bəzi dərmanlarla və həssas insanlarda sinir krizinə, şizofreniya və apatiyaya səbəb olur. Hədsiz iştah artmasına səbəb olduğundan piylənməyə səbəb olur. MSG-nin zərərlərini aşkar etmiş bir çox araşdırma nəticələrinə baxmayaraq, qida sənayesi tərəfindən bu nəticələr qəbul edilmir və istifadəsi çoxalır. Bu qəbul edilməmənin və istifadəsinin sürətlə artmasının əsas səbəbi, digər qida ləzzət zənginləşdiricilərinin ən ucuz alternativi olmasıdır. “Umami” adı verilən 5-ci dad meydana gətirilərək, qatıldığı məhsula qarşı asılılıq yaratması istehsalçıları məmnun edir. AB ölkələrində 3 aylığa qədər körpələr üçün qida məhsullarında istifadə olunması qadağan edildiyi halda, 50-ə yaxın ölkədə isə istifadəsi məhdudlaşdırılmışdır. Obamanın xanımının MSG-nin zərərlərindən bəhs edən televiziya filmlərində rol almasına baxmayaraq, Mehdi Eker, TBMM-nin tribunasından MGS-nin zərərsiz olduğunu iddia etmişdir. Amerikada beyin xərçənginə səbəb olduğu bildirilmişdir. Son araşdırmalarda mədəaltı vəzinin insulin hormonunu hazırlamasına mane olub diabetə səbəb olması sübut edilmişdir. Kristallaşan MSG bədəndə yığılır. Bu yığıntı “blood brain barrier” adı verilən zərərli kimyəvilərin beyinə çatmasının qarşısını alan sistemi məhv edir və beyin, böyrək və qaraciyər funksiyalarını pozaraq ciddi sağlamlıq probleminə səbəb olur. Səbəb olduğu bu problemə tibbdə “Çin yeməkxana sindormu” deyilir. Alkoqol və digər uyuşduruculardan da daha təsirli bir asılılıq yaradan maddə olub və toxluq hormonlarının ifrazına mane olduğunu aşkar edilmişdir. AB və bir çox ölkələrdə uşaq qidalarında istifadəsi məhdudlaşdırılmışdır.Qətiyyən tövsiyə olunmur!

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir