Adı: Kalium inozinat
Mənşəyi: Heyvan mənşəli, bitki mənşəli, GDO-lu
Təsviri: İnozin turşusunun (E630) kalium duzu olub, dad artırıcıdır. Ətdən, balıqdan əldə edilir. Şəkərlərin fermentasiyası yolu ilə də alına bilər. Bu zaman şəkər olaraq geni dəyişdirilmiş qarğıdalı şəkəri istifadə oluna bilir.
Riskləri: Hiperaktivlik, astma, dəri reaksiyaları, yuxusuzluq, allergiyaya səbəb olur. AB ölkələrində 3 aylığa qədər körpələr üçün qida məhsullarında istifadə olunması qadağandır. Hamilələr, körpələr, süd verən qadınlar üçün risklidir. Qətiyyən tövsiyə olunmur!