Adı: Maltol
Mənşəyi: Sintetik, bitki mənşəli
Təsviri: Əsasən Avropa Qara şam (Larıx Decidua) ağaclarından və ya qovrulmuş arpadan əldə edilir, eyni zamanda laktoza və maltozanın qızdırılması ilə də əldə edilir. Bir çox məhsullarda, xüsusən də şirniyyatlarda və çörək məhsullarında dad artırıcı, iştah açıcı kimi istifadə edilir. AB ölkələrində və Türkiyədə istifadəsi qadağandır. Qidaların qovrulması əsnasında əmələ gələn maltol, təbii olaraq taxıl məhsulları, çörək qabığı, qəhvə və kakaoda olan karamel dadında iştah açan bir ləzzət vericidir. 1942-ci ildən etibarən ləzzət artırıcı olaraq qidalarda istifadə edilir. Maltol spirtsiz içkilər, peçenye, keks, kakao, şəkərləmə, süd, şorba, sous, konserv, salat, marmelad, jele, dondurma, meyvəli məhsullar, şokolad və şirinlərə karamel dadı vermək və var olan şəkər dadını artırmaq üçün istifadə edilir. Maltol istifadəsi ilə qidanın şirinliyi eyni qalmasına baxmayaraq şəkər miqdarı 5% nisbətində azaldıla bilməkdədir.
Riskləri: Qırmızı qan hüceyrələrini zədələyə bilir. Bu səbəbdən xüsusilə orqanizmində dəmir çatışmazlığı olan və qan azlığı olan insanlar üçün çox təhlükəlidir. Bəzi araşdırmalara görə kanserogendir və xüsusilə də qan xərçənginə səbəb olur. Heyvanlar üzərində aparılan təcrübələrdə inkişafın zəifləməsi kimi hallar aşkarlanmışdır. FDA qadağan olunmasını təklif edir. Qətiyyən tövsiyə olunmur!