E901

Adı: Arı mumu

E901i: Ağ bal mumu

E901 ii: Sarı bal mumu

Mənşəyi: Heyvan mənşəli, sintetik

Təsviri: Arılar tərəfindən istehsal olunur. Ağ bal mumu günəş işığında və ya güclü bir ağardıcı olan hidrogen peroksidlə ağardılır. Un məmulatlarının hazırlanmasında, hazır qəhvə, şirniyyatlar, saqqız istehsalında istifadə edilir. Bal mumu qidalarda səthi qaplama maddəsi olaraq istifadə olunur. Meydana gələn bal mumu sarı rəngdə (E 901 ii) olub, hidrogen peroksit və ya sülfürik turşusu ilə ağardılaraq ağ tipdəki bal şamı (E 901 i) əldə edilir. E 901 şamlar içində ən yaxşı dada malik olan yumuşaq bir şamdır. İstifadə edildiyi qidalarda yapışqan maddələrin bir-birinə yapışmasının qarşısını alaraq tampon bir səth meydana gətirir. Bal mumu un məmulatlarında, sitrus bitkilərinin səth tətbiqlərində, şəkərləmələrdə, şokoladlarda, jeleli məhsullarda, çərəzlərdə, qəhvə dənələrində və saqqızlarda qaplama maddəsi  olaraq istifadə edilir.

Riskləri: Hidrogen peroksid güclü oksidləşdirici olub, göz, dəri, burun, boğaz və ciyərlər üçün aşındırıcı maddələrdəndir. Bəzi insanlarda allergik reaksiyalara səbəb olur. İstifadəsi tövsiyyə olunmur.

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir