Adı: Karnaub mumu
Mənşəyi: Bitki mənşəli, sintetik
Təsviri: Braziliyada yetişən palma ağacının yarpaqlarından əldə edilir və saqqızın hazırlanmasında istifadə edilən əsas maddələrdən biridir. Eyni zamanda bir növ parıldadıcıdır və saqqızdan başqa digər qənnadı, un məmulatları, hazır qəhvə, kosmetika məhsullarının hazırlanmasında istifadə edilir. Karnaub mumu Brazilyanın şimal-şərqi əyalətlərində yetişən Karnauba palmiye ağacının (Copernica cerifera) yarpaq və tumurcuqlarından əldə edilir. Karnauba palm ağacının tumurcuq və yarpaqları, toplandıqdan sonra günəşdə qurudulur. Qurudulan yarpaqlardan mumvari maddələr ayrılaraq karnaub şamı əldə edilir. Karnaub mumu unlu məhsulları, çərəz, yumuşaq və şokolad qablı şəkərləmələr, saqqız və meyvələrdə parladıcı olaraq istifadə edilir. Karnaub mumu 78-88C-də əriyən ən sərt mumlardan biridir. Bu xüsusiyyətinə görə meyvələrin yığma əsnasında qurumasının qarşısını alır və məhsulların rəfdə qalma müddəti boyunca parlaqlıqlarının qorunmasına kömək edir.
Əks göstərişləri: Eqzema və saç tökülməsinə səbəb olduğu məlum olmuşdur. Allergik reaksiyalara səbəb olur. İstifadəsi tövsiyə olunmur.