Adı: Şellak
Mənşəyi: Heyvan mənşəli
Təsviri: Şellak əsasən Hindistan və Cənubi Afrikada yetişən Pallas ağacları ilə qidalanan yarımsərtqanadlılar sinfindən olan (CoccusLacca) adlı həşəratın ifrazat məhsuludur. Qənnadı məhsullarının istehsalında və meyvələrdə parıldadıcı kimi tətbiq edilir. Kitrə kimi istifadəsi edilməsi və şellakın ağ rəng alması üçün onu arsen trisulfid ilə qarışdırılır. Şellak (gomalak) qidalarda yapışqanlığı azaltmaq və cilalı bir səth əldə etmək üçün qaplama maddəsi olaraq istifadə edilir. Hindistan, Burma, Tayland və Çində yaşayan Kerria lacca böcəyinin dişisinin reçineli ifrazatından əldə edilən bir lakdır. Ağac və yarpaq səthlərindən toplanan ifrazat qurudulub rafinə edildikdən sonra saf hala gətirilir. 1 kq şellak istehsalı üçün 300.000 böcəyə ehtiyac vardır. Şellak qəhvə dənələrinin, saqqız, çərəz, soba məhsulları, şokolad, biskivit və şəkərləmə səthlərinin parlaq görünməsi üçün istifadə edilir. Şellak alma, armud, qovun, şaftalı və sitrus bitkiləri kimi meyvələrin səthlərinin qurumasının qarşısını almaq üçün də istifadə edilir. Şellak istifadə edilən meyvələrdə səthin mumlandığını ifadə edən bir ifadə yazılmalıdır.
Riskləri: Üzərində təcrübə aparılan heyvanlarda allergiya və həzm sistemi pozulmalarına səbəb olmuşdur. Qətiyyən tövsiyə olunmur!