E905

Adı: Parafin

Digər adı: Vazelin

E905a: Mineral yağ

E905b: Vazelin, Petralatum

E905c: Mikrokristallin mum

Mənşəyi: Sintetik

Təsviri: Neft/polietilen hidrokarbonlarının sintetik qarışığıdır. Saqqız, dondurma, meyvələr, qəhvələr, kosmetika məhsulları və dərmanların istehsalında örtük, yağlayıcı, durulaşdırıcı və köpük yatırıcı olaraq istifadə edilir. Yemiş, qarpız, portağal, avakado, armud, heyva, limon, alma kimi bir çox meyvələrdə parıldadıcı və çürüməni gecikdirmək məqsədilə istifadə edilir. Parafin BHA (E320), BHT (E321) qatqı maddələrinə də əlavə edilir. Meyvələrin qabıqlarına vurulduğu üçün içərisinə keçmədiyi iddia edilsə də, laboratoriya testlərində bunun əksi sübut edilmişdir.

Riskləri: FAO və WHO komandalarının 1991-ci ildə apardığı araşdırma, qaraciyər və limfa sistemində müxtəlif problemlərinə səbəb olduğu göstərmişdir. Eyni komandaların 1995-ci ildə siçanlar üzərində aparılan təcrübədə bu maddələrin xərçəngə səbəb olduğu müşahidə edilmişdir. Eyni zamanda vitamin və mineralların orqanizm tərəfindən sorulmasına mane olur, ishala, hamilə və körpələrdə qanaxmalara səbəb olur.

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir