E924

Adı: Kalium bromat

Mənşəyi: Sintetik

Təsviri: Un emalında ağardıcı kimi istifadə edilir. 1992-ci ildə bütün dünyada qadağan edilmişdir. 2004-cü ildə Türkiyədə istifadə edildiyi aşkarlandı və yenidən qadağan edildi. Kalium bromat qatqı maddəsinin, çörəyin həcmini artırmaq üçün ilk  olaraq 1916-cı ildə istifadəsi təklif edilmişdir. Kalium bromat 1986-cı ildə IARC (Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi) tərəfindən insanlarda ehtimalla xərçəng əmələ gətirən maddə (Qrup 2B)  olaraq təsnif edilmişdir. 1990-cı ildə kalium bromatın xərçəng əmələ gətirən təsiri mövzusunda elmi dəlillər ilə qarşılaşan JECFA, öncə daha çox araşdırma tələb etmiş, 1993-cü ildə də Kodeks Alimentariusdakı təsdiqlənmiş un işləm maddələri siyahısından çıxarılmasını təklif etmişdir. İngiltərədə 1990-cı ildə istifadədən qaldırılmışdır. 1995-ci ildə JECFA-nın 44-cü yığıncağında kalium bromatın kanserogen olduğu və un qatqı maddəsi olaraq istifadəyə uyğun olmadığı nəticəsi əldə edilmişdir. Avropa Birliyi ölkələrində və Türkiyədə unlarda qatqı maddəsi olaraq istifadəsinə icazə verilmir. Avropada sadəcə ixrac edilən unlarda istifadə edilir. Kanserogen təsiri olmasına baxmayaraq Avropa ölkələrindən ixrac edilən unlarda bu qatqı maddəsinin istifadə edilə bilməsinə icazə verilməsinin nə qədər doğru olduğu müzakirə ediləcək bir mövzudur. Kalium bromatın ABŞ-ın bəzi əyalətləri xaricində istifadəsi, dünyadakı bir çox ölkədə qadağan edilmiş vəziyyətdədir.

Riskləri: Qarın ağrılarına, bağırsaq spazmına, ürəkbulanmasına, qusmaya səbəb olur. Qaraciyər, böyrək və dalaq pozulmaları yaradır. Rusiyada istifadəsinə icazə verilmir. Ehtiyatla istifadə edilməlidir.

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir