Adı: Benzoil peroksid
Mənşəyi: Sintetik
Təsviri: Benzoilxlorid və natrium peroksiddən əldə olunur. Ağ pendir növlərinin istehsalında, un emalında ağardıcı kimi istifadə edilir. Benzoil peroksidin istifadəsində daşıyıcı kimi əsasən di- və polifosfatlar (E450) və ya alüminium-natrium sulfat (E521) istifadə edilir. Geyim, boya, kosmetika və təmizlik sənayesində də tətbiq edilir. Xərçəng Araşdırmaları Beynəlxalq Təşkilatı benzoil peroksidin təcrübə heyvanlarında xərçəngə səbəb olduğuna dair məhdud, insanlarda xərçəngə səbəb olduğuna dair qeyri-kafi dəlil olduğunu ifadə etmiş və benzoil peroksidin insanlar üçün kanserogen olduğu mövzusunda qiymətləndirmə edilə bilmədiyini bildirmişdir. İngiltərədə 1995-ci ildən etibarən istifadəsi qaldırılmışdır. Benzoil peroksidin AB ölkələrində də istifadəsi qadağandır. Benzoil peroksidin ABŞ-da, Qida və Dərman idarəsinin təsdiqi ilə istifadəsinə icazə verilir.
Riskləri: Kanserogendir. Türkiyə daxil olmaqla, bir çox ölkədə un ağardıcısı olaraq istifadəsi qadağandır. Türkiyədə qismən, Belçikada isə istifadəsi tamamilə qadağandır. Qətiyyən tövsiyə olunmur!