E950

Adı: Asesulfamın kalium duzu

1967-ci ildə Clauss və Jensen tərəfindən tapılmışdır. Asesulfam K-nın 1985-ci ildən etibarən Elmi Qida Komissiyası tərəfindən, 1988-ci ildən etibarən isə Amerika Qida və dərman Dairəsi (FDA) tərəfindən qidalarda dadlandırıcı olaraq istifadəsinə icazə verilmişdir. AB ölkələrində 1994-cü ildən etibarən bir çox qidada istifadəsinə icazə verilmişdir. FDA asesulfam K-nin etibarlılığını 2003-cü ilin noyabr ayında təkrar təsdiqləmiş və ümumi məqsədli istifadəsinə təsdiq vermişdir. Asesulfam K qatqı maddəsi kimyəvi  olaraq istehsal edilir. Ən çox istifadə edilən ticari adları aca-K, Sunette, Sweet Ona və Sweet Safadır. Asesulfam K, 90-dan çox ölkədə dadlandırıcı olaraq istifadə edilir. Kalorisi 0-dır və çay şəkərindən 200 qat daha şirindir.

Asesulfam K ehtiva edən qidalar yeyildikdən sonra ağızda acıtəhər və metalik bir dad buraxır. Qidalarda tək başına istifadə edildiyi kimi digər dadlandırıcılarla birlikdə də istifadə edilir. Bakteriyalar tərəfindən parçalana bilmədiyi üçün diş çürüməsi etməz. Aparılan araşdırmalarda asesulfam K-nın hər hansı bir kanserogen təsiri tapılmamışdır. Asesulfam K, bədəndə metabolizə edilməz və  95%-i sidiklə dəyişmədən 24 saat içində çölə atılır. E 950 dadlandırıcısı meyvə suyu konsentrələri, qazlı və qazsız içkilər, meyvə nektarları, qatıq, dondurmalar, şirinlər, süd məhsulları, marmeladlar, jelelər, cemlər, soba məhsulları, saqqızlar, diş pastaları, masa üstü dadlandırıcılar, ağız spreyləri və əczaçılıq məhsullarında istifadə edilir.

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir