E951

Adı: Aspartam

Digər adı: Canderel

Mənşəyi: Sintetik, GDO-lu

Təsviri: Sintetik  olaraq və ya GDO-lu bakteriyalar tərəfindən üretiten və şəkərdən 150 ilə 200 dəfə daha şirin olan bir süni dadlandırıcıdır. diet/Light içkilər, saqqız, hazır qəhvə kremi, pudinq pudrası, şəkərləmə və şirin növləri, kekslər, biskivitlər, tortlar, limonadlar, meyvə suları deyə uzanıb gedən 6.000-dən çox qida və 600-dən çox da dərmanda istifadə edilir. Bir çox həkim diyabet xəstələrinin reseptinə dadlandırıcı olaraq yazır. Aspartam bədəndə həzm edildiyi zaman, kiçik bir miqdarda metanol ortaya çıxar. Türkiyədə istifadəsi sərbəstdir.

Riskləri: Aspartam mütəxəssisi  olaraq da tanınan Dr H. J. Roberts bunları söyləyir: “Aspartam gerçək bir zəhərdir. Sizi təmin edirəm ki aspartamın öldürücü olduğunu onun yaradıcısı Monsanto’ da çox yaxşı bilir. Amerika Diabet Dərnəyi, Diabet Konqresləri və digər təşkilatlar Monsantodan maliyyə alır. İstehlak edənləri ölümə qədər gedən komaya soxduğu, sinir sistemini korladığı, saysız nevroloji problemə gətirib çıxardığı minlərlə dəfə əsaslandırılmışdır!” Bütün riskləri bilinməsinə və FDA-nın, arasında epilepsi böhranı, miqren, panik atak, beyin şişi və digər şişilər, hiperaktivlik, obezitə, xroniki yorğunluq, saç tökülməsi, unutqanlıq, depressiya, sonsuzluq, agresifite, aşağı etmə, diyabet, parkinson, və alzheimerə gətirib çıxardığını qəbul etməsinə və də uşaqlarda nevroloji dəyişimələr, miqren, ruhi gəlişim pozuqluğu və endokrin xarablarına gətirib çıxardığı saysız dəfə isbat edilməsinə qarşı hələ qadağan edilmiş deyil. Nə acıdır ki, ölkələrin ya qadağan etməyə gücləri çatmır, ya da gizlənən çirkli əlaqələr şəbəkəsi var. Kunolin Sarısı (E104)  ilə birlikdə istifadə edildiyində normaldan 7 qat daha zərərli hala gələr. Haqqında aparılan çox sayda müsbət araşdırmanın maliyyəsinin, Aspartam istehsalçısı tərəfindən qarşılandığı sübut edildi. Qətiyyən tövsiyə edilmir.

Aspartam 1965-ci ildə ülser xora müalicəsini inkişaf etdirmək məqsədi ilə edilən araşdırmalar əsnasında Ceyms Schlatter tərəfindən təsadüfən əldə edilmişdir. ABŞ-da və bir çox ölkədə “Nutra Sweet”, Hollandiyada “Senecta”, ölkəmizdə “Nutra Dad”, digər ölkələrdə “Equal”, “Spoonfull”, “Canderel”, “Assugrin Gold”, “Zucritam” kimi fərqli ticari adlarla satışa çıxarılır. Aspartam – aspartam L-aspartik və L-fenilalanin adlı iki amin turşusudan meydana gəlmiş, zülal quruluşunda bir dadlandırıcıdır. 1974-cü ildə Amerika Qida və Dərman Dairəsi ABŞ-da istifadəsinə icazə vermiş, bir neçə ay sonra isə aspartam ilə əlaqədar toksikoloji işlər kafi görülmədiyindən istifadə icazəsi geri çəkilmişdir. 1981-ci ildə aspartamın qidalarda istifadə edilməsi məqsədiylə satışa çıxarma səlahiyyətinə icazə verilmişdir. Söz mövzusu icazə, 1983-cü ildə aspartamın spirtsiz içkilərdə istifadəsində də etibarlı olmuş və 1996-cı ildə əsas bir dadlandırıcı olaraq istifadə edilməsinə icazə verilmişdir. 1994-cü il 30 iyun tarixində 94/35/EC nömrəli əmr ilə Avropa Birliyi Ölkələrində aspartamın istifadə sahələri müəyyən olunmuşdur.

Aspartam dad baxımından saxarozaya bənzədiyinə və ağızda acı bir dad buraxmadığına görə ən çox istifadə edilən və sintetik olaraq ostehsal edilən dadlandırıcılardan biridir. Bundan başqa aspartamın xüsusilə qidalarda meyvə ləzzətini artırıcı xüsusiyyəti də var. Aspartam, şəkərdən təxminən 180-200 dəfə daha şirin olduğu üçün, istənilən şirinlik səviyyəsinə çatmaq üçün ehtiyac duyulan aspartam miqdarı, lazımlı olan şəkər miqdarının 1%-i qədərdir. 1 qram aspartam 4 kkaldır. Aspartamlı qidaların şirinliyi zamanla daha az hiss edilir. Məsələn aspartam ağıza alındıqdan 20 saniyə sonra 50% nisbətində dadda azalma hiss edilir. Aspartam, həzm sistemində özünü meydana gətirən iki amin turşusuna parçalanaraq həzm edilir.

Bir qida maddəsi əgər aspartamla dadlandırılmış isə, qabın üzərində bir xəbərdarlıq yazısı olması zəruriliyi vardır. Hər 10 min uşaqda bir görülən Fenilketonuriya xəstələrində və hiperfenilalanin anemisi olan hamilələrdə aspartamın metabolizə edilə bilməməsinə görə sinir sistemində və beyində ziyan meydana gəlmə riski var. Buna görə aspartam ehtiva edən qidaları bu kəslər qətiliklə istehlak etməməlidirlər. Fenilketonuriya xəstəliyi görülənlərdə dəridə egzema kimi anormallıq, həddindən artıq piqmentasiya və işığa qarşı həssaslıq əlamətləri görülür. Fenilketonuriya xəstəliyi olan körpələr aspartam ehtiva edən qidaları istehlak edən ananın südünü də içə bilmir.

Aspartamın davamlı yüksək dozada qəbulunun qandakı metanol və format dəyərini artıraraq insanlarda bəzi sağlamlıq problemlərinə səbəb ola biləcəyi mövzusunda araşdırmalar aparılmışdır. Nəticə olaraq təbii meyvə və tərəvəzlərin ehtiva etdiyi metanol miqdarı, qida qatqı maddəsi  olaraq aspartamla qəbul edilən metanol miqdarından daha çox ola bilməkdədir. Məsələn, su əsaslı aromalandırılmış bir içki 600 mg/l aspartam ehtiva edir. Gün içində bu içkidən bir litr içildiyində qana keçən metanol miqdarı 60 mgdir. Buna qarşı pomidor suyunun bir litrində təxminən 240 mg, üzüm suyunun bir litrində isə təxminən 130 mg metanol var. İnsanlarda bədən ağırlığı başına 200-500 mq/kq metanol həzmi, qanda format yığılması, görmə və mərkəzi sinir sistemində toksik təsirlərə səbəb olur. Bu dozalar aspartam ilə alına biləcək maksimum metanol dozasından 100 qat daha çoxdur. FDA tərəfindən yüksək səviyyələrdə aspartam istehlakı nəticəsi ortaya çıxan metanolün narahatlıq verici bir səbəb olmadığı açıqlanmışdır.

Aspartik turşusu bədəndə bir amin turşusu olan qlutamata çevrilə bilir. Bu amin turşularından hər hansı birinin çox yüksək səviyyədə olması mərkəzi sinir sistemində zədəyə səbəb ola bilir. Aspartam istifadə edən istehlakçıların ürək bulanması, baş ağrısı, baş gicəllənməsi kimi şikayətlərinin səbəbinin sadəcə aspartam istifadəsi olmadığı, mənfi təsirlərin həssas kəslərdə ortaya çıxa biləcəyi ifadə edilmişdir.

Orqanizmdə bütün zülalların ayrılmaz bir parçası olduğu üçün insan bədəni fenilalaninə ehtiyac duyar. İnsan bədəni fenilalanini özü çıxara bilməz, bu səbəblə gündəlik bəslənmədə lazımlı bir birləşmədir və əskikliyində bədən, funksiyalarını yerinə gətirə bilməz. Fenilketonuriya (PKU) nadir olaraq görülən və irsi olan bir xəstəlikdir. Bu xəstəliyi olan insanlarda fenilalanini həzm edəcək olan fermentin əskikliyi vardır və qaraciyər tərəfindən çox miqdardakı fenilalanin, fenilketon  olaraq bilinən və sidiklə atılan toksik birləşmələrə çevrilir. Fenilketonuriya xəstəliyi olan və qidalarla fenilalanin istehlak edən uşaqlarda dəri və saçda rəng dəyişikliyi, zehni geriləmə, hərəkətlərində pozuqluqlar və yetkinlərdə zehni narahatlıqlar görülür. Fenilketonuriya çox sıx rast gəlinən bir xəstəlik deyil. İnkişaf etmiş ölkələrdə 10 min uşaqdan birində görüldüyü bildirilir.

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir