Adı: Saxarin
Təsviri: Bilinən ən köhnə dadlandırıcıdır və 1879-cu ildə kimyaçı C. Fahlberg və I. Remsen tərəfindən tapılmışdır. Saxarin adı latınca şəkərin qarşılığı olan “Saccharum”dan gəlir. Saxarin kimyəvi olaraq əldə edilən bir dadlandırıcıdır. İlk saxarin fabriki 1888-ci ildə Almaniyanın Magdeburg şəhərində qurulmuşdur. Saxarin saxarozadan 300 qat daha şirindir və kalorisi 0-dur. Ağızda acımtraq və metalik bir dad buraxdığına görə ümumiyyətlə siklamatlarla birlikdə qarışıq halında istifadə edilir. Diş çürümələrinə səbəb olmaz və bədəndə dəyişikliyə məruz qalmadan sidik yoluyla atılır. Saxarin unlu məmulatlar, mürəbbələr, salat sousları, meyvə konsentrələri, qazlı içkilər, kalorisi aşağı məhsullar, konserv qidalar, dərman və vitamin preparatları kimi bir çox məhsulda istifadə edilir.
Saxarinin insan sağlamlığına yan təsirləri üzərində bir çox iş görülmüşdür. 25 il boyunca nizamlı saxarin istifadə edən insanlarda hər hansı bir xərçəng hadisəsi müşahidə edilməmişdir. 1993-cü ildə JECFA və 1995-ci ildə də Avropa Birliyi Elmi Qida Komissiyası, saxarinin qanunların icazə verdiyi dozada istifadə edildiyində sağlamlığa zərərli olmadığını ifadə etmişdir. Beynəlxalq Araşdırma və İnkişaf Təşkilatı (IRDC) tərəfindən aparılan araşdırmalarda qida qatqı maddəsi olaraq istifadə edilən saxarin səviyyəsinin insanlarda xərçəng meydana gətirmə riski daşımadığı nəticəsinə çatılmışdır. 90-cı illərin sonuna qədər ABŞ-da saxarin ehtiva edən qidaların etiketlərində “Heyvanlarda xərçəngə səbəb ola bilər və sağlamlığı təhlükəyə ata bilər” ifadəsi yazılırdı. Sonrakı illərdə bu ifadə insanların təcrübə heyvanlarında xəstəlik edən dozası istehlak etmədikləri üçün qaldırılmışdır. Amerika Birləşmiş Dövlətləri Milli Toksikologiya Proqramı (US National Toxicology Program) 2000-ci ildə apardığı araşdırmada saxarinin insanlar üzərində kanserogen bir təsiri olmadığını ifadə etmişdir. İnsanlar üzərində aparılan araşdırmada isə icazə verilən miqdarlarda saxarin istifadəsi ilə mesane xərçəngi meydana gəlməsi arasında əlaqə tapıla bilməmişdir.