Adı: Aspartam-asesulfam duzu
Digər adı: Twinsweet
Mənşəyi: Sintetik, GDO-lu
Təsviri: Adından göründüyü kimi aspartam və asesulfam tərkibli bir dadlandırıcıdır. Bazarda Twinsweet adı ilə məlumdur. Türkiyədə istifadəsi sərbəstdir. Haqqında ətraflı məlumat üçün asesulfam-K (E950) və aspartama (E951) baxın. Aspartam asesulfam duzu 64% aspartam və 36% asesulfamdan meydana gəlir. Bu dadlandırıcı 1967-ci ildə tapıldı. E 962 “Twinsweet” ticari adıyla da satılır. Aspartam həzm sistemində parçalanmaqda, asesulfam isə parçalanmadan sidik yoluyla bədəndən atılmaqdadır. Kalorisi 0-dır və çay şəkərindən 350 qat daha şirindir. Diet məhsullar, içkilər, südlü məhsullar, şəkərləmə, saqqız və masa üstü dadlandırıcılarda istifadə edilir. E 962 istifadə edilən qidalarda fenilalanin ehtiva etdiyi etiket məlumatlarında yazılmalıdır.
Riskləri: Kanserogendir. Digər riskləri üçün asesulfam-K (E950) və aspartama (E951) baxın. Qətiyyən tövsiyə olunmur!