Adı: Laktit (Lactitol)
Mənşəyi: Sintetik, heyvan mənşəli
Təsviri: Heyvan mənşəli bir dadlandırıcı olan laktitol, pendir suyunun kimyəvi preparatlarla emalı yolu ilə süd şəkərindən (laktoza) əldə edilən sintetik şəkər alkoludur. Bu dadlandırıcını digərlərindən fərqləndirən xüsusiyyət heyvan mənşəli olması və dadının şəkərin yarısı qədər olmasıdır. Çörək məhsullarında, dietik şirniyyatlarda, biskvit, şokolad, dondurma, diş məcunları və saqqız kimi bir çox məhsullarda geniş şəkildə istifadə edilir. Türkiyədə istifadəsi sərbəstdir. Laktitol və ya laktit, sənaye üsulu olaraq 1980-ci ildən etibarən çıxarılmağa başlanmışdır. Laktit, süd şəkəri laktozdan çıxarılan bir şəkər spirtidir. Laktit həzm sistemimizdəki fermentlər tərəfindən parcalanamaz və ancaq yoğun bağırsaqlarda mikroorqanizmlər tərəfindən fermentə edilir. Laktilolun 1 qramı 2 kkal enerji verməkdədir. Diş çürümələrinə səbəb olmaz. Qan qlükoza səviyyəsinin yüksəlməsinə səbəb olmadığından insulindən müstəqil olaraq metabolizə edilir və şəkər xəstələri üçün uyğundur. Şəkərləmə, saqqız, enerjisi azaldılmış məhsullar, dondurma, soba məhsulları və diet qidalarda şəkər yerinə dadlandırıcı olaraq istifadə edilir.
Riskləri: Laktitol qismən absorbsiya olunaraq, bədəndə qlükoza kimi metobolizə olunur. Digər qismi isə yoğun bağırsaqda fermentativ proseslərə məruz qalır. Bu zaman qazlar ayrılır ki, bu da bağırsaqlarda və mədədə şişkinliyə səbəb olur. Mənbəyi bilinməyən laktitollar donuz tərkibli olma riskini daşıyır. Ehtiyatla istifadə edilməlidir. Qətiyyən tövsiyə olunmur!