E967

Adı: Ksilit (Xylitol)  

Mənşəyi: Sintetik, bitki mənşəli, GDO-lu

Təsviri: Kağız xəmiri, Betula pendula ağacı, badam qabığı, saman, qarğıdalı saçağı və kağız sənaye tullantılarında yaranan ksilan maddəsindən əldə edilən, aşağı kalorili dadlandırıcılardandır. Bir çox çörək məhsulları, şirniyyatlar, diş məcunları kimi çox məhsulda istifadə edilir. Qarğıdalıdan əldə edildiyindən GDO riski daşıyır. Türkiyədə istifadəsi sərbəstdir. Ksilitol və ya ksilit ilk  olaraq 1891-ci ildə Fransız kimyaçı Gabriel Bertrand tərəfindən sirop halında ekstraktə edilmiş, 1942-ci ildə isə saf ksilitol əldə edilmişdir. Ksilitin sənaye üsulu olaraq ksilozdan (odun şəkəri) istehsalı 1960-cı illərdə başlamışdır. 1975-ci ildə saqqız istehsalında saxarozanın yerinə ksilitol istifadə edilə biləcəyi və ksilitolun diş çürümələrinin qarşısını alma təsiri olduğu təyin olunmuşdur. Ksilit təbii olaraq meyvə və tərəvəzlərdə az miqdarda da olsa var. Məsələn yetkinləşmiş çiyələkdə 280 ug/g, üzümdə 93 ug/g, ərikdə 67 ug/g, almada 48 ug/g ksilitol var. Bədənimiz gündə 5 ilə 15 qram ksilit çıxarmaqda və daha sonra da bunu parçalamaqdadır. Qanımızın 100 mlində təxminən 0,03 ilə 0,06 mili qram ksilit var.

Ksilit, sənaye üsulu olaraq yulaf, pambıq toxumu, şəkər çuğunduru posası, fındıq qabıqları, qarğıdalı koçanı, huş ağacı və qayın kimi sərt ağaclardan əldə edilir. Ksilit ağızdakı bakteriyalar tərəfindən parçalanamadıgı üçün dişi çürütməz. Hətta aparılan araşdırmalarda ksilitin diş çürümələrinin qarşısını alma təsiri olduğu müəyyən olunmuşdur. Ksilitin ərimə istiliyi aşağı olduğu üçün ağızda nanə kimi fərahlıq və sərinlik hissi verir. Ümumiyyətlə saqqız, nanə şəkəri, şəkərləmə, şokolad, qatıq, pastil, spirtsiz içkilər, dondurma, cem, fırınçılıq məhsulları, diet məhsulları və diş pastalarında istifadə edilir. Ksilitolün 1 qramı 2,4 kkal enerji verir. Diabetik qidalarda istifadəyə uyğundur.

Riskləri: Bir neçə il əvvəl FDA onun kanserogen olduğunu elan etmişdi. Metabolik xəstəliklərə, xərçəngə, ölümə, böyrək daşına, ürəkbulanmaya, şişkinliyə, ishala səbəb olur. Qətiyyən tövsiyə olunmur!

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir