E1100

Adı: Amilazalar  

Mənşəyi: Sintetik, GDO-lu

Təsviri: Amilazalar həzm sisteminin ən əsas fermentlərindən biridir. Mədəaltı vəzi, qaraciyər, tüpürcək vəziləri, böyrəklər və yumurtalıq tərəfindən ifraz olunur. İstehsal olunan amilaza, genetik dəyişikliklər nəticəsində əldə edilmiş sintetik bir fermentdir. Amilazlar 1811-ci ildə Kirchhoff tərəfindən nişasta parçalayıcı fermentlərin tapılması ilə tanınmışdır. 1930-cu ildə isə oh-Isson, nişastanı parçalayan fermentləri a- və 8- amilazlar olmaq üzrə ikiyə ayırmışdır. Amilazlar əsasən mikroorqanizmlərdən (Aspergillus oryzae kimi) və ya arpa və buğda maltından əldə edilir. a- amilaz isə mal və donuz pankreasından da əldə edilə bilər. a- amilaz qidalarda ticari  olaraq istifadə edilən ilk fermentdir. Amilaz fermenti əsasənə unlu məmulatlarda istifadə edilir. a- amilaz un məmulatlarında, xəmirin qabarmasına köməkçi  olaraq çörəyin məsaməli quruluşda olmasından və çörəyin bayatlamasını gecikdirərək rəf ömürünü uzatmasına görə geniş olaraq istifadə edilir. Nişastadan qlükoza, fruktoza və maltoz siropu istehsalında da amilaz fermentləri istifadə edilir.

Riskləri: Bəzi ölkələrdə qidalarda istifadəsinə icazə verilmir. Adi halda xaricdən qəbul olunmasına ehtiyac yoxdur. Ancaq müəyyən məhsulların qidadan çox kimyəvi bir forma alması üçün GDO-lu amilaza fermenti istehsal olunur. Qətiyyən tövsiyə olunmur!

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir