Adı: Qlükozooksidaza (GLUCOSE OXİDASE)
Qlükozooksidaza içkilərin dayanıqlılığını artırmada istifadə edilən bir fermentdir. Bu qatqı maddəsi mikroorqanizmlərdən əldə edilir.Qlükozooksidaza oksigen və suy ilə birləşərək, qlükon turşusu və hidrogen peroksidə çevrilir. Qlükozooksidaza qurudulmuş qidalar, süd tozu, meyvə suları, konserv, çörək və mayonez kimi qidalarda oksigenin uzaqlaşdırılmasında istifadə edilir. Oksigenin uzaqlaşdırılmasıyla qidalarda meydana gələ biləcək rəng, dad və qoxu itkilərinin qarşısı alınmış olur. Qlükozooksidaza, yumurta tozu istehsalında yumurtadakı qlükozanı uzaqlaşdıraraq qəhvəyi rəng əmələ gəlməsinin qarşısını alır. Qlükozooksidaza ilə çörək xəmirinin həcmi və quruluşu inkişaf etdirilərək yoğurma özəlliyi daha yaxşı olan, yapışqan olmayan bir xəmir əldə edilir. Beləcə həm qapaq qızıldakı boşluqda olan oksigen uzaqlaşdırılmış, həm də meydana gələn hidrogen peroksid ilə mikroorqanizmlər təsirsiz hala gətirilmiş olur.