Bu tətbiq “Sağlam həyat tərzinin təbliğinə dair maarifləndirmə tədbirlərinin təşkili” adlı layihə çərçivəsində istehlakçı və istehsalçılara faydalı olmaq məqsədi ilə hazırlanmışdır.
Müəllif Məhsəti Hüseynova və Asim Vəliyevdir.

Bu tətbiq istehlakçı və istehsalçılara faydalı olmaq məqsədi ilə hazırlanmışdır. Halhazırda həyat şəraitinin getdikcə ağırlaşdığı bir dünyada yaşayırıq. İşimiz və zehnimiz davamlı olaraq gözlənilməyən problemlərlə məşğul olur. Zaman problemi hər an qarşımıza çıxır  və zəruri olaraq ediləcək işlərimizi belə zaman çatdırmırıq. Daha yaxşı qidalanmaq, idman etmək, oxumaq, özümüzü inkişaf etdirmək və həyat keyfiyyətimizi artırmaq kimi düşüncələr artıq lüks həyat tərzi olaraq sayılmağa başladı. Halbuki bunlara nə qədər çox ehtiyacımız var. Zəruri olaraq edəcəyimiz işləri edə bilmək üçün hər şeydən əvvəl sağlam bir fərd olmağa ehtiyacımız var. Sağlamlığın ən əsas elementlərindən biri, şübhəsiz ki, düzgün qidalanmaqdır. Qidalanma ilə bağlı çoxsaylı məlumatlar tapa bilərsiniz. Lakin, qidalanmanın bir hissəsi olan qida qatqı maddələri haqqında, suallarınıza cavab tapa biləcəyiniz və doğma ana dilimizdə qaynaq demək olar ki yoxdur.

Sürətlə inkişaf edən qida istehsalı, istehlakçıların ehtiyaclarını qarşılamaq üçün davamlı olaraq yeni məhsullar istehsal edir. Marketlərin rəflərinə nəzər saldıqda rəngarəng şirniyyatlar, meyvəli qatıqlar və kalorisi azaldılmış içkilər kimi cürbəcür qidalar görürük. Bütün bu qidaların “içindəkilər” siyahısında bir çox kimyəvi terminlər və E nömrələri yazılır. Sizlər üçün hazırlanan bu tətbiqdə maraqlandığınız və qida qatqı maddələrini haqqında mövzular araşdırıldı. Bu tətbiqin istifadəsi zaman qida qatqı maddələrinin nə olduğu, nə işə yaradığı, qatqı maddələrinin qidalara nə üçün qatıldığını, E nömrələrinin mənasının nə olduğunu və hansı qaynaqlardan əldə edildiyini, müxtəlif xəstəliklərlə əlaqəsi və s. bu kimi bir çox mövzularda məlumatlanacaqsınız. Bu tətbiqin həm qida istehsalçılarının məlumatlandırılması, həm də istehlakçının alış-veriş edərkən qarşılaşdığı qatqı maddələri haqqındakı suallara cavab alacağına dair bir bələdçi olacağına inanırıq.

İstehlakçı haqlı olaraq aldığı məhsulun tərkibini bilmək istəyir. Qida qatqı maddələrinin allergiyaya səbəb olması, uşaqlarda hiperaktivliyə təsiri, heyvan mənşəli qatqı maddələri və spirt tərkibli qidalar istehlakçıların bilmək istədikləri mövzulardan hesab olunur. “E nömrəsi nədir?”, “Nə üçün istifadə edilir?”, “İstehlakçılar qida qatqı maddələrində nələrə diqqət yetirməlidir?” kimi bütün bu sualların cavablarını bu tətbiqdə qismən də olsa tapa biləcəksiniz.

İnternetdə qida qatqı maddələri haqqında araşdırma apardıqda bir çox səhifədə istehlakçıları yanıldan yazılar və E nömrələri ilə əlaqədar siyahılar var. Bu yazı və siyahıları araşdırdıqda bir çoxunda səhv məlumatlar olduğunu aşkar etdik. İnanırıq ki, elmi qaynaqların işığı altında hazırlanan E – kod” adlı tətbiq bu qarışıqlığın qarşısını alacaqdır.

Elmi əsaslara dayanaraq və bir istehlakçı olaraq hazırlanan bu tətbiq, bəzi istehsalçıları narahat edə bilər. Ancaq tətbiq hazırlanarkən, heç bir istehsalçı və ya firma hədəf olaraq seçilməmişdir.

Məqsədimiz həm istehlakçını, həm də istehsalçını məlumatlandırmaqdır. İstehsalçıların istehlakçı həssaslığı və seçimləri haqqında məlumatlanması istehsala müsbət tərəfdən təsir edəcəyinə inanırıq.

Bu işimiz mükəmməl olmaya bilər. Lakin, sizdən gələn iradlar əksikliklərin aradan qaldırılması üçün növbəti işlərimizdə faydalı ola bilər. Edəcəyiniz hər bir irad, təklif, məlumatlandırma, xəbərdarlıq və suallar üçün əvvəlcədən təşəkkür edirik.

Burada qazandığımız müvəffəqiyyətimizin mükafatı Sizin sağlamlığınız olacaqdır.