Adı: Green S
Digər adı: Lissamine Yaşıl BS
Rəng Kodu: 44090
Mənşəyi: Sintetik
Təsviri: Bir çox məhsullarda istifadə edilən yaşıl sintetik azo qida boyasıdır. Mineral suları, meyvə şirələri, şərbətlər və limonadlar kimi aromalı içkilər, yeyilə bilən buzlar, dondurmalar, biskvit, keks, tort, şokolad, cem, jele, marmeladlar, yaşıl noxud konservi, qida xaricində isə dərman, rəngli daş, oyun xəmiri, təmizlik və kosmetik məhsullarının istehsalında geniş şəkildə tətbiq edilir. Türkiyədə orqanik bitkilər istisna olmaqla, hər cür qidada istifadəsi sərbəstdir.
Riskləri: Uşaqlarda hiperaktivliyə səbəb olur. Allergiya, anemiya, eqzema, dəri reaksiyaları, yuxusuzluğa səbəb olduğu bildirilmişdir. HSCG-yə görə uşaqlara qətiyyən verilməməlidir. ABŞ, Kanada, Yaponiya, İsveç və Norveçdə qadağandır. Qətiyyən tövsiyə olunmur!