Adı: Karamel
I sinif El50a Qələvi caramel (sadə caramel) şəkərin yüksək istilikdə quru olaraq qızdırılmasıyla kimyəvi olaraq əldə edilir.
II sinif E150b Qələvi-sulfit caramel (kostik sulfit caramel) şəkərin yüksək istilikdə kimyəvi bir maddə olan kostikyardımıyla qızdırılmasıyla əldə edilir.
III sinif E150c Ammonyak caramel şəkərin yüksək istilikdə kimyəvi bir maddə olan amonyak yardımıyla qızdırlmasıyla əldə edilir.
IV sinif E150d Sulfit-Ammonyak caramel (kolalı içkilərə qəhvəyi rəngi verir.)
Mənşəyi: Sintetik
Təsviri: Qəhvəyi rəngli qida rəngləndiricisi olub, çox geniş istifadə edilir. Tərkibində qələvi, ammonyak, sulfat var. Ümumiyyətlə geni dəyişdirilmiş qarğıdalıdan əldə edilir. Şokoladlar və nişastalar ən geniş istifadə sahələrinə aiddir. Çörəyə qəhvəyi rəng verməsi üçün istifadə edilir. Un məmulatları, spirtli içkilər, sirkə, şorabalar, yağda tərəvəzlər, qəhvəaltılar, taxıllar, cemlər, jelelər, marmeladlar, kolbasa, sosislər, küftələr, şorbalar, bəzək və örtük vasitələri, yeyilə bilən buzlar, dondurmalar, souslar və dad maddələrinin istehsalında tətbiq edilir. Türkiyədə orqanik bitkilər istisna olmaqla, hər cür qidada istifadəsi sərbəstdir.
Riskləri: Bədəndə B6 vitaminin sorulmasını azaltdığı və nevroloji pozuntulara gətirib çıxardığı təsbit edilmişdir. MSG (E621) ilə birlikdə istifadə edildiyində xərçəng və genetik mutasiya törədir. E150d-nin bağırsaq problemləri və allergiyaya səbəb olduğu da isbat edilmişdir. Qətiyyən tövsiyə olunmur!