E154

Adı: Qəhvəyi FK

Digər adı: Brown FK

Mənşəyi: Sintetik

Təsviri: Qəhvəyi qida rəngləndiricisidir. Sintetik 6 boya maddəsinin qarışığından ibarətdir. Qurudulmuş, hisə verilmiş balıq, bişirilmiş vetçina, mineral sular, meyvə şirələri, şərbətlər və limonadlar kimi aromalı içkilər, yeyilə bilər buzlar, dondurmalar, biskvit, keks, tort, şokolad, cem, jele, marmeladlar, yaşıl noxud konservi, eyni zamanda dərman, kosmetik, təmizlik məhsulları, rəngli daş, oyun xəmiri və insanla təmas edən bir çox məmulatların rəngləndirilməsində də istifadə edilir. Türkiyədə orqanik bitkilər istisna olmaqla, hər cür qidada istifadəsi sərbəstdir. Türk Qida Kodeksinə görə sadəcə ingilislərin “kippers” adını verdikləri duzlanmış və hisə verilmiş ringa balığının dərisinə qızıl sarısı rəngi vermək üçün istifadə edilir.

Riskləri: İnsanlarda salisilatlar dözümsüzlük meydana gətirir və histamini sərbəst buraxar, astma və hiperaktivliyin yaranmasına səbəb olur. Qarışıqdakı birləşmələrin bəziləri mutagenik ola bilər; bu səbəblə istifadəsi bir neçə məhsullarda məhduddur. Uşaqlar üçün tövsiyə olunmur. Amerika, Rusiya və bir çox ölkədə istifadəsinə icazə verilmir. Qətiyyən tövsiyə olunmur!

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir