E160

Adı: Karotin

Karotinlər yağda həll ola bilən təbii rəng maddələridir. Karotinlər adlarını, Heinrich Wackenroder adlı kimyaçı tərəfindən 1831-ci ildə ilk dəfə izolə edildikləri kökün latınca adından (Dautus carrota) götürmüşlər. Karotinlər pomidor, kök, balqabaq, qırmızı bibər, qarğıdalı, məxmər çiçəyi yarpağı, dəniz yosunu, yumurta sarısı, ərik, portağal, yumurta, palm yağı, krevet və xərçəngdə olan sarı, narıncı və qırmızı rəngdəki piqmentlərdir. Qidalara rəng verməklə yanaşı karotinlərin antioksidləşdirici olma xüsusiyyətləri də vardır.

Ancaq bitkilər tərəfindən sintez edilə bilən karotinlər, heyvan mənşəli toxumalara yem və bəslənmə ilə keçərək toplanırlar.Bitki mənşəli qaynaqlarda geniş şəkildə olan karotinlər, mikroorqanizmlər tərəfindən də sintez edilə bilir. Karotinlərin qidalarda fərqli adları vardır. Məsələn kökdə və palmiyə yağında a-karoten, portağal, pomidor, qarpız və qovunağacında (papayya) likopen, yaşıl yarpaqlı tərəvəzlərdə lutanin, şaftalı, manqo və portağalda 13 kriptoksantin, kökdə və mikroyosunlarda B-karoten, xərçəng qabığında astaksantin və zəfəranda krosetin adları verilən karotinlər var. İlk olaraq 1954-cü ildə satışa çıxarılan B- karoten, halhazırda ən çox buraxılan təbii rəng maddələrindəndir.

Karotinlər yağda həll olunan maddələr olduğundan ən çox yağlı qidalarda rəngləndirici olaraq istifadə edilirlər. Karotinlər pendir, marqarin,  kərə yağı, dondurma, soba məhsulları, pudinq, şirniyyatlar, salat sousları, pendir, qatıq, ət və ət məhsulları, pomidor məhsulları, dondurulmuş və qurudulmuş yumurta məhsulları, partlamış qarğıdalı, meyvə suları və spirtsiz içkilərdə rəngləndirici olaraq istifadə edilir. Marqarin, kərə yağı və pendir məhsullarında ümumiyyətlə həm rəng maddəsi, həm də A vitamini aktivliyi yüksək olduğundan, qida dəyərini artırmaq üçün b- karoten (E 160 aii) istifadə edilir. Karotinlər sintetik olaraq, mikroorqanizmlərdən (məsələn Blakeslea trispora) və ya qırmızı bibər, pomidor, zəfəran, palmiyə yağı, brokoli və gicitkən otu kimi bitkilərdən əldə edilir. Karotinlər qidaların xaricində heyvan mənşəli yemlərə qatqı maddəsi olaraq qatılır. Karotinlərdə lutein və zeaksantin, ətlik cücələrin dərilərinin və yumurta sarısının rənginin istənilən sarılıqda olması üçün istifadə edilir.

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir