Adı: Alfa-beta-qamma karotin
Digər adı: Carotenes
Rəng Kodu: 75130-40800
Mənşəyi: Bitki mənşəli, GDO-lu
Təsviri: Turuncu rəngində olan karotin mikroorqanizmlərdən, çim (alaq otu), ot, luzerne, yosun, gicitkən, kök və ya bitki mənşəliyağlardan izolə edilirək əldə edilir. Narıncı qida rəngləndiricisidir. E160ai karotinlər qarışığı, E160aii R-karotendir. Yağlılıq faizi az olan kərə yağları, marqarin, minarin və digər yağ emulsiyaları, aromalaşdırılmamış əritmə pendirlər, qəlyanaltılıq, sirkə, şoraba, cem, jele, keks, marmeladlar, südlü içkilər, meyvə suları, sosislər, kolbasalar, spirtli içkilər, souslar, çərəzlər və un məmulatları, dərman və kosmetik məhsullar kimi bir çox sahələrdə istifadə edilir. İnsan bədəni onu qaraciyərdə A vitamininə çevirir. Türkiyədə orqanik bitkilər istisna olmaqla, qidada istifadəsi sərbəstdir.
Riskləri: Aşağı dozada istifadə olunduqda yan təsiri aşkar olunmasa da, yüksək miqdarda istifadədə dəridə saralma və A vitamininin toksiki təsirinə gətirib çıxardığı təsbit edilmişdir. Bitki mənbələri və əldə edilmə üsulları ümumiyyətlə genetik dəyişdirmə üsullarıdır. Qətiyyən tövsiyə olunmur!